Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Ağacın arxasından adam çıxır qorxuruq” – Gəncə küçələrində işıq problemi – VİDEO

“Ağacın arxasından adam çıxır qorxuruq” – Gəncə küçələrində işıq problemi – VİDEO

Gəncədə gecələr zülmətə qərq olan küçələr hələ də qalmaqdadır.
ARB TV xəbər verir ki, avtomobil və piyadaların hərəkəti üçün çətinlik yaradan bu halın aradan qaldırılması növbəlilik prinsipi əsasında şəhərin müxtəlif küçələrində il ərzində mümkün olub.
Nərgiz Qurbanəliyeva- sakin: “Vidadi küçəsində yaşayırıq, işıqlar olmur qaranlıqdır. Səhər saat 7-də görürsən ki, yenə də hər yer qaranlıqdır. Küçədən qorxuruq, ağacın arxasından bir də görürsən qaranlıqda adam çıxır. Uşağı qorxa-qorxa məktəbə aparırıq”.
Vidadi küçəsinin sakinləri kimi şəhərin Cəlil Məmmədquluzadə, Adilxan Ziyadxanov və bir neçə küçəsində yaşayanlar da gecə saatlarında işıqlanmanın olmamasını qabardırlar.
Vidadi Musayev- sakin: “Bu küçədə yaşayıram. İşıq yoxdur, işıqlanma çox pisdir. Heç kim də maraqlanmır. Gecə olanda küçədə getmək mümkün deyil. Yağış yağanda da heç mümkün deyil”.
İltifat Əliyev- sakin: “Camaat gedib-gələ bilmir. Yıxılır, çətinlikdir, çox əziyyət çəkirik. Səhər uşaqlar qaranlıqda dərsə gedib-gələ bilmir. Onu tələb edirik ki, gecə işıqlanması düzəlsin”.
Bununla belə, Gəncədə 5 prospekt və 200-dən artıq küçədə günün qaranlıq vaxtında hərəkət təhlükə yaratmır. Quraşdırılan 5 mindən artıq dirək hesabına küçələrin işıqlandırılması təmin edilib.
Fazil Rzayev- sakin: “Təbriz küçəsində işıqlar gecələr yanır. Rahat gedib-gəlirik. Heç bir problem yoxdur. İstənilən vaxtda küçə ilə gedib-gəlirik, rahatdır”.
Gülrux Hüseynova- sakin: “Çox yükək səviyyədədir, çox gözəldir. Gecələr işıqlanma da camaatın rahat gedib gəlməsinə şərait yaradır”.
Zülmətdən aydınlığa çıxanların sayına, gələn il işıqlandırılmayan küçələrin sakinləri də qoşulacaq. Bu il Gəncədə 500-ə yaxın yeni işıq dirəyi quraşdırılıb, 22 elektrikpaylayıcı qutu və 16 km yeraltı kabel xətti çəkilib, proses davam edir.
Akif Qəmbərov- Gəncə şəhər MKTİB-nin Küçə İşıqlandırılması Şöbəsinin sahə rəisi: “İşıq dirəkləri Türkiyə və Azərbaycan istehsalı olan ən müasir dirəklər, qənaətcil elektrik lampaları ilə təmin edilən dirəklərdir. Gəncə şəhər sakinlərinə üzümüzü tutub deyirik ki, gələn ildən məhəllələr arası, binalar arası, qaranlıq məhəllələrin hamısı  tədricən, hissə-hissə əhalinin istifadəsinə veriləcək”.
Gəncədə gecə işıqlandırılması mövsümə uyğun olaraq aparılır və qışda saat 18-dən 7-yə kimi həyata keçirilir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın