Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Abşeron yarımadasının qazla təchizatında məhdudiyyətlər yaranıb

Abşeron yarımadasının qazla təchizatında məhdudiyyətlər yaranıb

Magistral qaz kəmərində baş vermiş yanğının nəticələrinin aradan qaldırılması üçün işlər aparılır.

SOCAR-dan verilən məlumata görə, dekabrın 27-də saat 09:55-də Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində yanğın baş verib.

Yanğının söndürülməsi məqsədilə həmin xətt lokallaşdırılıb, bu xəttə verilən qaz alternativ qaz kəmərinə ötürülüb. Hadisə yerinə dərhal yanğından mühafizə qüvvə və vasitələri cəlb olunub.

Baş vermiş yanğın Abşeron yarımadasının qazla təchizatında müəyyən məhdudiyyətlər yaradıb. Yanğının söndürülməsi və qaz təchizatında yaranmış məhdudiyyətlərin aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın