Cümə , Yanvar 18 2019
Ana səhifə / Media / 2018-ci ildə öldürülən jurnalistlərin sayı açıqlandı

2018-ci ildə öldürülən jurnalistlərin sayı açıqlandı

Beynəlxalq Jurnalistlər Birliyi 2018-ci ildə 94 jurnalist və media nümayəndəsinin öldürüldüyünü açıqlayıb.

Qurumun hazırladığı hesabata görə, 2018-ci ildə öldürülən jurnalist sayı son üç illə müqayisədə artıb. Məlumata görə, Jurnalistlərin çoxu şiddətə məruz qalaraq ölüb.

Hesabatda vurğulanıb ki, 2 oktyabrda ərəb jurnalist Camal Xaşoqçinin Səudiyyə Ərəbistanının İstanbul Baş konsulluq binasında öldürülməsi jurnalistlərin ağır təhlükəsizlik problemiylə qarşqarşıya olduqlarını bir daha sübut edib.

Müstəqil mətbuata qarşı dözümsüzlük, populizm, korrupsiya və bunlara oxşar faktlar jurnalistlərin öldürülmələrinə səbəb kimi göstərilib. (qafqazinfo)

VIPedu.BIZ

Həmçinin oxuyun

Yediyarovla təhsil şefinin qoçusu xanım jurnalistə hücum çəkdi: iş polisdə…

Gədəbəyin keçmiş icra başçısı Ramiz Yediyarovla bağlı dərc edilən tənqidi yazıya görə, 3 gündür hədə-qorxu, …