Cümə , Sentyabr 21 2018
Ana səhifə / Media / 14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı

14 yaşlı qızın üzərinə tüpürən ekspert telekanaldan uzaqlaşdırıldı

İngiltərənin “Liverpul” klubunun sabiq müdafiəçisi Ceymi Karaqer ekspert qismində çalışdığı “Sky Sports” telekanalından mövsümün sonunadək uzaqlaşdırılıb.

Telekanal Karaqerin müvəqqəti uzaqlaşdırıldığını, yeni mövsümün əvvəlində onun qayıtmağa hazır olub-olmaması ilə danışacağını bəyan edib.

Danimarkanın TV3 telekanalı isə dünən keçirilmiş “Mançester Yunayted” – “Sevilya” matçının örtüyündən Karaqerin şəklini çıxarıb.

Yeri gəlmişkən, artıq Mançester polisi Karaqeri qəzəbləndirən və onun tüpürməyini lentə çəkən 42 yaşlı Endi Hyuzu danışdırıb. O bu məsələdən sonra ölüm hədələri aldığını və Karaqerin işindən uzaqlaşdırılmasının istəmədiyini bildirib.

Karaqer isə açıqlamasında özünü günahkar sayıb və “Liverpul” azarkeşlərindən ailəni rahat buraxmaqlarını açıqlayıb. O daha sonra qeyd edib:

“Bilirdim ki, içəridə qadın var. Amma bunun azyaşlı bir qız olduğunu bilmirdim. Kimsə bunu mənim qızlarıma qarşı etsəydi, buna necə reaksiya verəcəyimi təsəvvür edə bilmirəm. 25 illik futbolçu karyeramda səhvlərim çox olub, ancaq bu ən pisi idi”.

Xatırladaq ki, “Mançester Yunayted” – “Liverpul” (2:1) oyunundan sonra Ceymi Karaqeri görən Endi Hyuz avtomobil sürə-sürə “Uğursuz, Ceymi. 2:1” deyərək qışqırıb. Karaqer isə maşınının pəncərəsini açaraq Hyuzun 14 yaşlı qızı Mianın üzərinə tüpürüb. oxu.az

Həmçinin oxuyun

Əflatun Amaşov: “Ermənistan sabitliyi pozacaqsa, layiqli cəzasını alacaq”

“Paşinyanın demaqogiyası öz kölgəsini yekə görməkdən başqa bir şey deyil. Bir ölkənin ki, dövlət sərhədində …