Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Əski təhsil məmuru Şahrza Əliyevlə, bank cinayətkarı Mərhəmət Bəşirovu nə bağlayır

Əski təhsil məmuru Şahrza Əliyevlə, bank cinayətkarı Mərhəmət Bəşirovu nə bağlayır

Təhsil Nazirliyinin (TN) iqtisadiyyat şöbəsinin keçmiş müdiri Şahrza Əliyev vəzifədə işləyərkən qeyri-qanuni yollarla yığdığı vəsaitləri indi xərcləməklə, biznes əlaqələrini genişləndirməklə məşğuldur. Təxminən 20 ilə yaxın müddətdə nazirliyin əsas maliyyə məsələlərini nəzarətdə saxlayan sabiq şöbə müdiri özünə böyük biznes şəbəkəsi yaradıb.

Başqa sözlə desək, bir vaxtlar nazirlikdə mühüm vəzifə tutan şəxs hazırda kommersant obrazında özünü göstərir. Yayılan məlumatlara görə, o bir çox işləri şəriki vasitəsi ilə həyata keçirir. İstər təhsil sektorunda həyata keçirilən layihələrdə, istərsə də işdən kənar biznesin idarə edilməsi işlərində şəriklik etdiyi şəxs isə həmyerlisi Mərhəmət Bəşirovdur. Əslən Lerik rayonundan olan bu şəxsi çoxları yaxşı tanıyır. Tanımayanlar üçün qısaca bildirmək istəyirik ki, sabiq məmurun iş ortağının haqqında 1993-cü ildə külli miqdarda mənimsəmə faktına görə cinayət işi qaldırılıb. Buna səbəb adıçəkilən iş adamının həmin illərdə “ANAM” banka rəhbərlik etməsi və bir başqa məsələ olub. Yaranmış problemə görə iş adamı Azərbaycandan Ukraynaya qaçıb. Lakin Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilib. Onun külli miqdarda pulu mənimsədiyi aşkarlandığı üçün həbsi barədə qərar çıxarılıb. Ölkəmizin həmin vaxt Ukraynadakı səfiri Tələt Əliyevlə çox yaxşı münasibətləri olan Bəşirov onun yardımı ilə bir müddət həbsdən yaxasını qurtara bilib. Bir müddətdən sonra isə həbs edilib. Tələt Əliyev onun Ukrayna həbsxanasından çıxarılma prosedurunu reallaşdırıb. Şahrza Əliyev isə öz növbəsində indiki şərikinin borclarını ödəməklə Mərhəmət Bəşirovun həyatını xilas edib. Bundan sonra o Bakıya gələrək Şahrza Əliyevlə birliklə yeni biznes layihələrini həyata keçirməyə başlayıb. Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, biznes ortaqlarının hazırda şəhərin bəzi ərazilərində iri ticarət obyektləri fəaliyyət göstərir. Bundan başqa, ortaqlar digər tikinti layihələrində də aktivlik nümayiş etdirirlər: “Məsələ ondadır ki, biznes ortaqlarının sahibi olduğu obyektlərin tikilməsi üçün lazım olan vəsaiti Təhsil Nazirliyinin keçmiş şöbə müdiri verir. Tikinti işlərini Bəşirova məxsus şirkətlər həyata keçirir. Bakıda “Yasmin” adı altında fəaliyyət göstərən ticarət mərkəzləri və obyektlərin əksəriyyəti bu şəxslərə məxsusdur. Buna misal olaraq paytaxtın Nərimanov rayonunun ərazisindəki “Yasmin” oteli, Səməd Vurğun küçəsi 118 ünvanında yerləşən “Yasmin” Ticarət Mərkəzini göstərmək olar. Deyilənə görə, ticarət mərkəzinin tikilib başa çatmasına nə az-nə çox düz 40 milyon manata yaxın pul sərf edilib. Obyektin tikintisi ilə Mərhəmət Bəşirovun rəhbərlik etdiyi MTK-lar məşğul olub, maliyyə məsələlərini isə Şahrza Əliyev həll edib. Bu şəriklərin əsas qazanc yerləri tenderlər və digər bu kimi işlər olub. Uzun illər ərzində Təhsil Nazirliyinin iqtisadiyyat şöbəsinə başçılıq etmiş Şahrza müəllim həm özünü, həm də şərikini varlandırmaq üçün onun adına bir neçə tikinti şirkəti təsis etdirib. Bunun ardından təhsil sahəsində həyata keçirilən bütün tenderlərin əksəriyyətinin qalibi bu şirkətlər elan olunub. Nəticədə, şəriklər maliyyə vəziyyətlərini daha da gücləndiriblər. Təəssüf ki, şöbə müdiri işdən çıxarılandan sonra onun fəaliyyət dövrünü araşdırmadılar. Halbuki, o nə qədər yeyintiyə yol vermişdi. Bu günün özündə sabiq şöbə rəhbərinin fəaliyyəti araşdırılsa, büdcədən mənimsənilən vəsaitlərin həcmi üzə çıxarıla bilər”. Nəzərinizə çatdıraq ki, Mərhəmət Bəşirov-Şahrza Əliyev cütlüyünə 40 milyona başa gəldiyi iddia edilən “Yasmin” ticarət və əyləncə mərkəzi bir müddət əvvəl istifadəyə verilib. Bizə çatan məlumatlara əsasən, obyekt memar Vüqar Həsənovun layihəsinə əsasən tikilib. Burda restoranlar, kafelər, fast-fudlar, klublar, kinoteatrlar, karaoke, gözəllik salonları, müxtəlif supermarketlər, fitnes mərkəzlər, spa mərkəzləri, saunalar, hovuzlar, butiklər, bütün geyim növləri, parfümeriya, zərgərlik məmulatları, aksessuarlar, apteklər, camaşırxanalar, bank, sığorta, lizinq xidmətləri, tur agentliklər, aviakassalar, audit və konsaltinq xidmətləri fəaliyyət göstərir. Bizdə olan xəbərlərə görə, şəriklər metronun “Neftçilər” stansiyasının yaxınlığında yeni “Jasmin” ticarət mərkəzini istifadəyə veriblər. Bir sözlə, keçmiş şöbə müdiri vaxtında dövlətin büdcəsindən mənimsədiyi vəsaitlərlə öz imkanlarını daha da yaxşılaşdırmaq istiqamətində iri addımlar atır. Əfsuslar olsun ki, aidiyyəti dövlət qurumları hələ də sabiq məmurun fəaliyyətini araşdırmaq istəmirlər. Bu isə Ş.Əliyevə, eləcə də onun iş ortağına biznes layihələrini həyata keçirməyə “yaşıl işıq” yandırır. Görəsən, vaxtilə barəsində cinayət işi qaldırılan M.Bəşirov hansı problemə görə Azərbaycandan qaçmışdı? Bu haqda növbəti saylarımızda oxuyacaqsınız.gundelikbaku

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın