Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Əflatun Amaşov: “Onlayn media dövlət tərəfindən maliyyələşərsə…”

Əflatun Amaşov: “Onlayn media dövlət tərəfindən maliyyələşərsə…”

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonun yaranandan sonra dövlət çap mediasına dəstək göstərir. Hazırda 33 qəzet fonddan maliyyə dəstəyi alır. Elektron medianın da maliyyələşməsi ilə bağlı dəfələrlə məsələlər qaldırılıb, müzakirələr aparılıb. Lakin məsələ öz həllini tapmayıb.

Saytların əhəmiyyətinin böyüklüyü, Azərbaycana qarşı informasiya müharibəsində rolu danılmazdır. Hazırda reklam bazarının hələ də tam formalaşmadığını nəzərə alsaq, saytların da maliyyə dəstəyinə ehtiyacı var.

Məsələyə Mətbuat Şurasının sədri Əflatun Amaşov münasibət bildirib. Ə.Amaşov hesab edir ki, internet resurslarının dövlət tərəfindən  maliyyələşməsinə ehtiyac var: “Bu gün ictimai fikir əsasən internet resursları vasitəsi ilə formalaşır. Artıq bu sahədə təcrübə mövcuddur. KİVDF qəzetləri maliyyələşdirir. Qəzetlərin də iqtisadi baxımdan problemləri var. Ümumiyyətlə, bu gün Azərbaycanda medianın reklamla, gəlir əldə etməsi ilə bağlı problemləri tam həll edilməyib. Ona görə də dövlət medianın bu vəziyyətini nəzərə alaraq, ona yardım edir. Bu yardım indiki şəraitdə yazı mətbuat vasitələrinə edilir. Artıq son illərdə bütün dünyada ictimai fikir daha çox onlayn media vasitəsi ilə formalaşır. Onlayn jurnalistika dünya mediasında önəmli yer tutur. Azərbaycanda da onlayn medianın sayı durmadan artır və ictimai fikir onlayn media vasitəsi ilə formalaşır. Belə bir məqamda Azərbaycan informasiya məkanında internet resurslarının rolu kifayət qədər artıb. Ancaq onun iqtisadi baxımdan problemləri həll də həll olunmayıb. Reklamı azdır, başqa gəlir sahəsi isə yoxdur. Belə olan halda onlayn jurnalistika gerçəkliyi obyektiv əks etdirirmi? Bu barədə düşünməliyik. Onlayn jurnalistika belədir ki, oraya kənardan müdaxilə etmək mümkündür”.

Mətbuat Şurasının sədrinin sözlərinə görə, onlayn jurnalistika dövlət tərəfindən maliyyələşərsə, daha müstəqil işləyər:“İstər ölkə daxilində olsun, istər ayrı-ayrı adamlar – məmurlar, iqtisadi, siyasi qruplar özləri üçün onlayn media yaradırlar və rəqibləri ilə mübarizə aparmaq üçün internet resurslarından istifadə edirlər. Onlayn jurnalistikanı asanlıqla ələ ala bilirlər. Eyni zamanda, xaricdən Azərbaycanla maraqlı olan qüvvələr də buna əl atırlar. Belə olan halda onlayn jurnalistika nə qədər ki, reklam vasitəsi ilə özünü maliyyələşdirə bilmir, mütləq yazılı mətbuat vasitələri kimi onlar da dövlət tərəfindən maliyyələşməlidir. Belə olan halda onlayn jurnalistika daha müstəqil olar, ayrı-ayrı qruplar, siyasi mərkəzlərdən, Azərbaycana maraqlı olan xarici təşkilatlardan asılı olmaz”.

Media eksperti, professor Qulu Məhərrəmli bildirir ki, hökumətin media materiallarının məzmununa qarışmamaq şərti ilə ona maliyyə ayırması yaxşı haldır.

Emil Mustafayev minval.az ile ilgili görsel sonucu

Minval.az saytinin baş redaktoru Emil Mustafayev düşünür ki, bütövlükdə hər hansı bir media orqanının fəaliyyətini tam şəkildə təşkil olunması üçün maliyyələşmə faktoru böyük əhəmiyyət kəsb edir: “Maliyyə imkanları kiçik olduqda bu, işin nəticəsində özünü büruzə verir. Qarşıya qoyulan məqsədlərə çatmaq çətinləşir, planlar pozulur və s. Reklam bazarı ölkədə kiçikdir və bu sahədə müəyyən monopoliya var. Nəticədə ölkənin bir sıra ciddi media-orqanları maliyyə cəhətdən çətinlik çəkir. Saytlarım maliyyəsi nəzəri cəhətdən reklam gəlirləri ilə formalaşmalıdır. Lakin reallıq hazırda belədir ki, dövlətin köməyinə ehtiyac var və hətta belə bir gözləntilər də var. Amma belə bir qərar qəbul edilməzdən öncə bir qısa iş aparılmalıdır: yardımı ölkədə hazırda mövcud olan internet-media orqanların hamısı almamalıdır, ancaq ciddi internet –saytlarına dəstək verilməlidir”.

Redaktor hesab edir ki, dövlət rusdilli onlayn mediaya xüsusi diqqət ayırmalıdır: “Çünki məhz rus dilli mətbuat ölkəmizin realıqlarını dünyaya çatdırır, rus və erməni mətbuatında bizə qarşı dərc olan yazıları faktlarla təkzib edir, informasiya müharibəsinin barrikadasının önündə dayanır. Və hazırda Minval.az saytı kiçik imkanlarla böyük işlər görür. Maliyyə dəstəyi, yaxud reklam bazarında şəffaflıq olsa, keyfiyyət də artar. Keyfiyyət isə maliyyə imkanlarından irəli gəlir. 2016-ci ildə aprel döyüşləri internet medianın vacibliyini müəyyən etdi və bununla yanaşı internet-saytların problemlərini aşkar etdi”.Musavat.com

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …