Cümə , Sentyabr 21 2018
Ana səhifə / Manşet / Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR

Yasamal sakinləri yeni icra başçısından narazıdır: “Yalnız kosmetik işlər görür, problemlər həll edilmir”- FOTOLAR

Məlum olduğu kimi, ötən ayın əvvəlində Prezident İlham Əliyevin sərəncamı ilə Əziz İmran oğlu Əzizov Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.  Əziz Əzizov bundan əvvəl  uzun müddət Cəlilabad rayonuna rəhbərlik edib. Azinforum.az-a daxil olan məlumata görə, yeni icra başçısı rayon ərazisində bəzi “abadlıq” işlərinin  görülməsinə  start verib.  Sakinlərin Azinforum.az-a verdiyi məlumatda deyilir ki,  yeni icra başçısının  Yasamal ərazisindəki “Günəş petrol” yanacaqdoldurma məntəqəsindən “Yeni Yasamal” deyilən massivə aparan yolda başladığı abadlıq işləri yalnız kosmetik xarakter daşıyır: ” Çox təəssüf edirik ki, bir neçə gündür burada abadlıq adı ilə aparılan işlərdə biz yalnız asfalt örtüyünün qaşınmasını görürük.  Ancaq vətəndaşların daha çox istifaadə etdiyi və Bakı Dairəvi Yol ilə Şərifzadə prospektini  birləşdirən bu küçədə  sakinlərin rahatlığını təmin etmək üçün bir neçə təxirəsalınmaz işlərin görülməsinə ehtiyac var”.

Sakinlərin şikayəti əsasında həmin ərazidə olan saytımızın reportyorları araşdırıblar ki, söhbət  Şərifzadə prospektindən “Yeni Yasamal”a  enən  Əsəd Əhmədov küçəsindən gedir. Yeni Yasamal sakinləri Azinforum.az-a bildiriblər ki, bu işlərə dövlət büdcəsindən xeyli pul xərclənirsə, yeni icra başçısından xahişləri budur ki, görülən işlər çərçivəsində onları narahat edən bəzi vacib detallara fikir verilsin.  Biz sakinlərin icra başçısına ünvanladıqları tələbləri və onlara aid fotoları təqdim edirik:

Həmin  yolun “Günəş petrol”dan, enişə qədər olan hissəsi olduqca dardır. Oradakı yolun kənarında olan 9 mərtəbəli  binaların qabağında  güya ağacların əkilməsi üçün yer nəzərdə tutulub, ancaq ərazi boşdur və çox güman ki, yaxın vaxtlarda kiməsə ticarət obyekti tikmək üçün satılacaq. Tıxaclardan yaxa qurtarmaq üçün yolun həmin ərazisi 2 metr genişləndirilə bilər.

Sözügedən  yolun əksər hissəsində tratuar yoxdur. Ya heç yoxdur, ya da ki, palçıqla örtülmüş bir çığırdı.  Fiziki qüsuru olmayan  insanlar üçün trotuarın  olmadığı yerdə, təbii ki, görmə qabiliyyətini itirmiş şəxslər  üçün ayrıca zolaq və  əlillər üçün arabaların hərəkət edəcəyi yol da  nəzərdə tutulmur. Ən azından insanların normal hərəkətini təmin etmək üçün, ora  eni 120 sm  olan tratuar salınmalıdır.

 Həmin yolda dəhşətli tıxacların yaranmasına səbəblərdən biri də,  “Bazarstore” mağazasının  önündə olan avtobus dayanacağıdır. Problem burdadır ki, həmin dayanacağa avtobuslar tam yanaşa bilmir.  Yanaşanda isə hərəkət zolağında olan avtomobillər məcburi onu gözləməli olur. Ancaq vəziyyətdən çıxış yolu var. Həmin binalardan yola qədər azı 10 metrlik məsafə var.  Çökük bir yeri əhatə edən həmin sahəni doldurub, dayanacaq məqsədilə iştifadəyə vermək olar. Hazırda ora bir neçə butka qoyulub.

Ərazidə yaşayan “Yeni Yasamal” sakinləri hörmətli Əziz Əzizovun diqqətinə çatdırırlar ki, deyilən  konstruktiv  işləri görməklə, aparılan abadlıq işləri yalnız kosmetik xarakter daşımaz, həm də vətəndaşları bir sıra problemlərdən uzaq edər.

Ümidvarıq ki, Yasamal rəhbərliyi sakinlərin səsləndirdiyi  əsaslı tələbləri nəzərə alcaq.

Çinarə SEYİDOVA

Fotolar Hüseyn tərəfindən çəkilib

Azinforum.az

 

 

Həmçinin oxuyun

Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Bu gün Azərbaycanın mərhum siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 …