Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / “Xan bağı” restoranı ilə üzbəüz yerləşən “Nanə” adlı  kafe potensial təhlükə mənbəyidir – FOTO

“Xan bağı” restoranı ilə üzbəüz yerləşən “Nanə” adlı  kafe potensial təhlükə mənbəyidir – FOTO

8 km ərazisində, “Xan bağı” restoranı ilə üzbəüz “Nanə” adlı  səliqəli bir kafe fəaliyyət göstərir. İnasfən demək lazımdır ki,  kafedəki xidmət və təklif olunan yeməklərin keyfiyyəti yüksək səviyyədədəir.  Ancaq maraqlı hal bundan ibarətdir ki,  bu kafe ən yüksək gərginlikli elektrik xətlərinin  düz altında fəaliyyət göstərir.  Məlum olduğu kimi, belə xətlərin keçdiyi ərazinin bir neçə metrliyində nəsə inşa etmək qanunvericiliklə qadağan olunur.  Ancaq “Nanə”nin belə zonada fəaliyyət göstərməsi  oranın xidmətindən istifadə edən 100-lərlə sakinin həyatı üçün potensial təhlükə mənbəyinə çevrilir.  Yəqin ki, əlaqədar qurumlar, insanların həyatı üçün təhlükə mənbəyi sayılan bu vəziyyətlə dərindən maraqlanacaqlar.  Azinforum.az-ın apardığı araşdırmalardan sonra məlum olub ki, obyektin sahibi əslən Gürcüstandan olan bir sahibkardı, lakin onlardan kimsə mövzu ilə bağlı ünvanladığımız  sorğunu cavablandırmaq istəmədi.

Rövşən ƏLİ,

Azinforum.az

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …