Cümə , Dekabr 14 2018
Ana səhifə / Manşet / Sabir Rüstəmxanlının düşərgəsindən Eynulla Fətullayevə ilk sərt cavab – VİDEO

Sabir Rüstəmxanlının düşərgəsindən Eynulla Fətullayevə ilk sərt cavab – VİDEO

Avropa Azərbaycanlıları Konqresinin Hollandiyada keçirilən qurultayından sonra, həmin tədbirin iştirakçısı olmuş jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda xalq şairi Sabir Rüstəmxanlı barədə sərt ifadələrin yer aldığı məqalə yerləşdirilib. Qeyd edək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı da həmin qurultayın iştirakçısı olub. Sözügedən saytlarda Sabir Rüstəmxanlı haqda yer alan fikirlərdə bildirilir ki,  Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin qurultayında diqqəti çəkən daha bir hadisə olub: “Bir gün əvvəl qurultay iştirakçıları Azərbaycan prezidenti postuna İlham Əliyevin namizədliyinə dəstək olaraq müraciət qəbul etməyi təklif ediblər. Ancaq sabiq deputat və yazıçı Sabir Rüstəmxanlı özündə bu təşəbbüsə qarşı çıxış etməyə güc  tapıb…”

Eynulla Fətullayevin sərgilədiyi bu mövqeyə Sabir Rüstəmxanlının düşərgəsindən ilk sərt reaksiya verilib. Xalq şairinin həmsədri olduğu Dünya Azərbaycanlıları Konqresi mərkəzi icra aparatının rəhbəri Samir Adıgözəlli Azinforum.az-a açıqlamasında deyib ki, həmin ifadələrin sırf Eynulla Fətullayevə məxsus olduğuna qəti şübhə etmir:

“Bu səbəbdən də, mənim cavabım məlum böhtan fikirlərin tirajlandığı saytların jurnalist kollektivinə deyil, məhz Eynullanın özünə olacaq. Eynulla Fətullayev gözünün içinə qədər yalan deyir. Sabir Rüstəmxanlı qurultayda Prezident əleyhinə heç bir fikir bildirilməyib. Sabir Rüstəmxanlı sadəcə olaraq, yekun bəyanata zəruri bir redaktə ilə bağlı təklif irəli sürüb. Bunun güya Prezident əleyhinə fikir kimi formalaşdırıb, beyinləri bulandırmaq kımə lazımdır? Sabir bəy illərini, ömrünü bu millətin yolunda verib. Eynulla kimilər kor beyni ilə, bunu necə anlasın? “Xocalı hadisələrini ermənilər törətməyib, Azərbaycan özü edib” , deyən Eynulla gör indi kimə daş atır?!
Sabir Rüstəmxanlı dövlətçiliyi müdafiyə edəndə, yazılarında, çıxışlarında, milli maraqlarımızı qoruyanda, ən kritik məqəmlarda Prezidentə dəstək göstərəndə, Eynulla ermənilərə təəssübkeşlik nümayiş etdirirdi.Əksinə, qurultayda tərbiyyəsiz çıxış edərək, kənd camaatını təhqir edib, xalqımızı aşağılayan məhz Eynullanın özü olub. Bu tərbiyyəsizliyi azmış kimi, bir də ürəkbulandırıcı yazı yazır. Bu adamın Azərbaycan diasporuna nə aidiyyatı var ki, o qurultayda iştirak edir? Diaspor məsələsini, dünya azərbaycalıları ilə bağlı araşdırmaları aparan jurnalistlər bir tərəfdə qalıb, Eynulla isə qurultaya aparılır. Təəssüf edirəm ki, vaxti ilə bu hakimiyyəti söyən, dövlətçiliyimizə qarşı çıxanlar, bu gün Eynulla kimi meydan sulayırlar. Mən təəssüf edirəm ki, Eynullanın bu cür fəaliyyətinə dəstək verənlər də tapılır”.
Samir Adıgözəlli Azinforum.az-a həm Sabir Rüstəmxanılnın, həm də Eynulla Fətullayevin qurultaydakı çıxışının olduğu və “YouTube” sosial şəbəkəsinə yerləşdirilən bir material da təqdim edib. Oxucularımızın müqayisə aparması üçün, həmin materialı da təqdim edirik.

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Ermənilərin aldatdığı yazıçı azərbaycanlı baş redaktoru niyə İraq prezidenti ilə görüşdürdü?

“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman İraq Prezidentinin dəvətilə həmin ölkədə  bir neçə günlük səfərdə …