“Quska” Culfanın sabiq rəhbərini vurubmu?- Ramiz Tağıyevdən Eynulla Fətullayevin yazısına reaksiya+VİDEO

Ötən həftənin daha çox müzakirə edilən mövzularından biri də “Quska” ləqəbli Hüseyn Abdullayevin Türkiyədə həbs edilərək, Azərbaycana gətirilməsi xəbəri oldu. Bu hadisə ətrafında aparılan müzakirələrdə diqqətçəkən məqamlardan biri də, tanınmış jurnalist Eynulla Fətullayevin  “”Quska” Ziya Məmmədovun sifətinə yumruq ilişdirdi, padnosu başına çırpdı…” başlığı ilə yazdığı məqalə oldu.  Müəllif sözügedən yazıda “Quska”nın həyat yoluna xronoloji olaraq işıq salmağa çalışır. Eynulla Fətullayev qeyd edir ki, “Quska”nın həyatındakı yüksəliş bir vaxtlar Culfa rayonuna rəhbərlik etmiş Ramiz Tağıyevlə aralarında yaşanan insidentdən sonra başlayıb. Məqalədən sitat:

“… Amma nə vaxtsa Hüseyn – kasib ailədən çıxmış gənc Naxçıvanda toylarda sovet sintezatorlarında çalmaqla qazanırdı və necə oldusa, cəbhəçilərin mitinqində tribunaya yol tapdı, mikrofonu Culfa rayonunun o vaxtkı rəhbəri Ramiz Tağıyevin əlindən alaraq, onun başçına çırpdı. Adi xuliqanlıqdır, lakin o dövrdə bu cəngavər hərəkəti yeni həyata yol açmışdı. Bu da taleyin hökmü. Ramiz Tağıyevin başına vurduğu mikrofonla Quska özü üçün böyük həyata yol açdı…”

Azinforum.az olaraq məqalədə qeyd olunan bu məqamla bağlı Ramiz Tağıyevlə görüşüb söhbət etdik. Culfa rayonunun sabiq rəhbəri, Milli Azadlıq Hərəkatının tanınmış üzvlərindən olan Ramiz Tağıyev Azinforum.az-a verdiyi eksklüziv müsahibədə bütün bu məqamlara aydınlıq gətirib.  Həmin videomüsahibəni təqdim edirik. Müsahibədə adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Zdrave universal kremi zdrave forte