Qarajda yaşayan zəngilanlı köçkün ailəsi Mehriban Əliyevadan kömək istəyir – VİDEO

Bakı şəhəri , Biləcəri qəsəbəsindəki “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə aid idarələrdən  birinin yataqxanasının ətrafında  məskunlaşan Zəngilandan olan məcburi köçkün ailəsi acınacaqlı həyat şəraitində yaşamaları ilə bağlı Azinforum.az İnformasiya Portalına müraciət edib.  Ailənin xanımı Bağırova Aidə Yəhya qızı  saytımıza verdiyi eksklüziv açıqlamada düşdükləri  acınacaqlı durumla bağlı  ölkə rəhbərliyindən kömək istəyib. Məcburi köçkün olan xanım xüsusilə də, bir ana kimi ölkənin Birinci Vitse-ptezidenti Mehriban xanım Əliyevadan onların problemini nəzarətə götürməyi xahiş edib. Şikayətçilər bildirir ki,  real  yaşayış şəraitindən Zəngilan Rayon İcra Hakimiyyətinin və Qacqınlar Komitəsinin müvafiq qrumlarının da məlumatı var.  Dəfələrlə müraciət etməklərinə baxmayaraq,  onların probleminə əncam çəkilməyib. Ailənin isə çox istəyi yoxdur, normal şəraitli dörd divar arasında yaşamaqdan başqa. Azinforum.az  zəngilanlı ailənin yaşayış şəraitini əks  etdirən videoreportajı təqdim edir.

Mövzu ilə bağlı Zəngilan rayon İcra Hakimiyyətinin mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Onların da fikirlərini dinləmyə hazırıq. Mövzunu diqqətdə saxlayacayıq…

 

 

Zdrave universal kremi zdrave forte