“Prostoy celovek” dən “Sədərək” bazarının rəhbərliyinə ağır ittiham : “Dükanımı əlimdən alırlar” + VİDEO

Azərbaycan ictimaiyyətinə “Prostoy celovek” kimi  tanış olan  iş adamı, ictimai -siyasi fəal Akif Məmmədov Azinforum.az-a açıqlamasında ciddi problemlə üzləşdiyini bildirib. Nəzərinizə çatdırmaq istəyirik ki, Akif Məmmədov əslən Qərbi Azərbaycanın Şirazlı kəndindəndir. Onun ailəsi 1988-ci ildə qaçqın kimi Azərbaycana pənah gətirib.  A. Məmmədov uzun müddət Avropada yaşayıb. İnternet üzərindən aparılan araşdırmalar zamanı məlum olur ki, sözügedən şəxs Azərbaycanla bağlı xaricdə  keçirilən bütün aksiyalrda  xüsusi fəallığı ilə seçilib. O, həmçinin müxalifətin şəhərin mərkəzində keçirdiyi aksiyalar zamanı da, təkbaşına onların qarşısına çıxaraq hakimiyyətin mövqeyini müdafiə edib. Bununla bağlı internetdə kifayət qədər materiallar var. Məhz həmin aksiyalar zamanı  jurnalistlər ondan özünü təqdim etməyi soruşanda o, “prastoy celovek”əm deyərək cavab verib. Elə həmin zamandan da, Akif Məmmədovla bağlı təqdim edilən kadrlarda  onun adı özünün təqdim etdiyi qiyafədə çəkilib. Maraqlıdır ki, hakimiyyətin mövqeyini ciddi cəhdlə müdafiə edən bu adam hazırda böyük haqsızlıqla üzləşib. Onun saytımıza verdiyi açıqlamadan məlum olur ki, Akif Məmmədov bir neçə il əvvəl Avropadan Azərbaycana gəlib və burada kiçik biznes qurub.  Dediyinə görə, onun “Sədərək” bazarından icarəyə götürdüyü mağazanı hansısa işbazlar əlindən almaq istəyir. A. Məmmədov deyir ki, xarici ölkələrdən uşaq paltarları gətirib satır: “Qonşuluğumuzda olan “Bakı-Bursa” adlı mağaza da bu profil üzrə ixtisaslaşıb. Onlar  da uşaq paltarı satır. Mağazanın sahibi Vüqar və Etiram adlı şəxslərdi. Onlar  bazarın sahibləri ilə əlaqəyə girib pul gücünə mənim mağazamı əlimdən almaq istəyirlər.  Mənimlə eyni dərddə olan bir neçə belə mağaza da var.  Bizə mağazanı tərk etmək üçün   gələn ayın birinə kimi vaxt veriblər.   Xaricdən gətirdiyimiz malı realizə etmək üçün bizə heç bir alternativ də təklif etmirlər.  Mən çıxılmaz durumda qaldığım üçün, “Sədərək” bazarının rəhbərliyi və Vüqar, Etiram adlı şəxslərin əməlindən  cənab İlham Əliyevə şikayət edirəm. Sizdən xahiş edirəm ki,  saytınız vasitəsilə mənim səsimi ölkə rəhbərliyinə və ictimiayyətə çatdırasınız”.

Azinforum.az Akif Əliyevin etdiyi videomüraciəti təqdim edir. Yazıda və təqdim edilən videomaterialda adları çəkilən hər bir şəxsin mövqeyinə yer verməyə hazırıq.

 

Rövşən ƏLİ

Azinforum.az