Cümə , Aprel 19 2024
Ana səhifə / Manşet / Penitensiar Xidmətdə bundan əvvəl hansı biabırçılıqlar olub? – Hökmlərin saxtalaşdırılması, “polojeniyalar”, “buntlar”…

Penitensiar Xidmətdə bundan əvvəl hansı biabırçılıqlar olub? – Hökmlərin saxtalaşdırılması, “polojeniyalar”, “buntlar”…

Penitensiar Xidmətdə belə biabırçılıqlar çox olub. Bir daha əmin olursan ki, həmin sahəyə rəhbərlik edən birinci şəxsdən çox şey asılıdır. Tarixə ekskurs etsək bəlli olar ki, həmin sahəyə uzun müddət general Aydın Qasımov rəhbərlik edib. Araşdırılsa o da məlum olar ki, onun dövründə Penitensiar Xidmətdə yalnız korrupsiya çiçəklənib və dərin beyləqanlaşdırılma aparılıb. Həmin dövrdə “zonların” əksəriyyəti “oğru” qanunları ilə idarə olunub. Narkotiklər açıq satışda olub, hətta bu “münbit” şəraitdən yararlanmaq üçün bəzi narkotik satanlar qəsdən tutulub türmələrə gedirdilər ki, orda pul qazanıb çölə çıxsınlar.
Təsəvvür edin ki, hansısa xırda xuliqanlıq əməlinə görə, təqsirləndirilərək az cəza alan bir gənc “zona” düşməklə cəmi bir neçə ay içində potensial narkomana çevrilib azadlığa çıxırdı. Cəzaçəkmə müəsissələrində vərəm xəstəliyi tuğyan edib. Götürün həmin illərin statistikasına baxın, görün nə qədər məhkum vərəmdən dünyasını dəyişib. Ən əsası da, məhz həmin dövrdə “zon”lardan “pobeq”lər az olmayıb. Hazırda günümüzün “qəhrəmanına” çevrilən “Qoca” türmədən birinci qaçışını Aydın Qasımovun dövründə edə bilib ki, ağzında şirə qalıb.

Qeyd edək ki, “Qoca” və onunla olan bir neçə dostu azyaşlılar üçün nəzərdə tutular xüsusi müəsissədə nəzarətçini öldürərək qaçmağa müvəfəq olmuşdurlar. Sonda dözülməz şəraitə etiraz əlaməti olaraq “zon”larda kütləvi “buntlar” qaldırıldı və bununla da Aydın Qasımov erası bitdi. Onun yerinə Nazim Ələkbərov  təyin edildi. İndi görün onun idarəetməsi zamanında hansı biabırçılıqlar olub? Pullu məhkumlar öz şəxsi işlərini məhz PX-də olan zabitlərin əli ilə saxtalaşdırıb vaxtından əvvəl azadlığa çıxa biliblər. Detallı izah edək.
Məsələn, bir nəfər pullu day-day ağır cəzaya məhkum edilib. Bütün insatnsiyaları, hətta Ali Məhkəməni keçəndən sonra onun cəza müddəti 12 il olaraq saxlanılıb ( cəza müddəti şərti olara məhz bu rəqəmlə göstərilir-red). Bu o deməkdir ki, həmin məhkum cəzasının qanunvericiliklə müəyyən edilmiş böyük hissəsini, ən azı dörddə üçünü çəkməlidir ki. azadlığa çıxa bilsin. Nazim Ələkbərovun kadrları pul alıb şəxsi işlərdə olan hökmləri təzədən hazırlayıb, daha doğrusu saxtalaşdırıb yerinə qoyurdular. Onların tərtib etdiyi saxta hökmlərdə cəza müddətləri xeyli azaldılırdı ki, bunun da nəticəsində ağır cəzaya məhkum olunanlar tezliklə azadlığa qovuşa bilirdi.

Həmin sistemlə azadlığa çıxan adamların bəzilərinin adlarını da çəkə bilərik. Kəlbəcərli Xəqani, Lənkəranlı Hafiz kişi və.s. Ən başlıcası isə budur ki, zabitlər məhbuslara işin qanun çərçivəsində görüldüyünü bildirirərək, onların etibarından istiafadə ediblər. Sonradan həmin məhkumlar həbs edilərək yenidən cəzaçəkmə müəsissələrinə qaytarıldılar. Ara yerdə pulları da batdı, üstəlik də cəzalarının üstünə cəza da gəldi. Təsəvvür edirsinizmi, dövlət adından çıxarılan hökmlər PX-nin zabitləri tərəfindən saxtalaşdırılırdı. 2005-ci ildə baş verən həmin hadisələrə görə bir necə yüksək rütbəli Xidmət əməkdaşı həbs edildi, general Nazim Ələkbərov isə vəzifəsindən azad olundu.
Bütün bunlardan sonra quruma rəhbərlik Mədət Quliyevə tapşırıldı. İnsafən demək lazımdır ki, məhz onun dönəmində PX-də ciddi islahatlar aparıldı, möhkəm nizam intizam yaradıldı. Narkotiklərin satışı ilə çox ciddi mübarizə başladı. Cəzaçəkmə müəsissələrinin şəraitləri yaxşılaşdırıldı və əksəriyyətində idman zalları, məscidlər tikildi. Hətta ən ciddi rejimlərdə belə “polojeniyalar” ləğv olundu. Klassik “oğru” qanunları ilə idarə olunan 1 saylı “zonu” buna misal göstərə bilərik. Yəqin ki, məhz həmin qurumda göstərilən və özünüdoğruldan faəliyyətin nəticəsiydi ki, Mədət Quliyev daha mühüm posta irəli çəkildi. Hazırkı rəhbərliyi dərindən tanımırıq, ancaq baş verən hadisə onu deməyə əsas verir ki, qurumdakı nizam-intizam çox zəifləyib. Bu “pobeq” birbaşa PX-nin səlahiyyətli şəxslərinin səhlənkarlığı ucbatından baş veribsə, deməli qurumda ciddi islahatlara və nizam-intizamın möhkəmləndirilməsinə ehtiyac duyulur.

Azinforum.az

Həmçinin oxuyun

Köhnə siyahılar üzrə ictimai rəyə soxuşdurulan “politoloq” və “hərbi şərhçi”lərlə vidalaşmağın zamanıdır…

Bir dəfə yazdım ki, ölkədə ard – arda iki devalvasiya baş verdi, bir nəfər iqtisadçının …