Cümə , Yanvar 18 2019
Ana səhifə / Manşet / Naxçıvanın Bakıdakı nümayəndəsi: “Ulu Naxçıvan zövqsüz “nəbz yoxlamaları”na boyun əyməyəcək”

Naxçıvanın Bakıdakı nümayəndəsi: “Ulu Naxçıvan zövqsüz “nəbz yoxlamaları”na boyun əyməyəcək”

Son günlər mətbuat adına qara ləkə olan bəzi üzdəniraq “sayt”da Naxçıvan Muxtar Respublikası və onun rəhbərliyi haqqında heç bir həqiqətə, fakta əsaslanmayan, ilk baxışdaca sifariş olunmuş “silsilə yazılar” təəsuratı yaradan, milli və multimilli əxlaqdan kənar, mənəviyyata hayqırı əsassız məlumatların yerləşdirilməsini təəssüf hissi ilə izləyir, bu santaj dolu yazıları və onları tirajlayan təxribatçıları qətiyyətlə lənətləyirik! Əslində, bu yazılara cavab vermək, yaxud onlar barədə hər hansı fikir ifadə etmək, bəlkə də, yersiz görünə bilər. Lakin bu yalan, şər və böhtan dolu “məqalələr”də adı keçən bir çox keçmiş yüksək vəzifəli şəxslərin mənə zəng edərək, bu məsələdə onlara yardımçı olmaq üçün çoxsaylı xahişlərini nəzərə alaraq, geniş ictimaiyyətin bunu bilməsini istədim ki, dəfələrlə bu insanlar nəinki barələrində yazılmaqda olan sifarişli “reytinq tablosu”nun iştirakçısı olmaq istəmədiklərini ifadə etmiş, hətta barələrində iftira yazanları məhkəməyə vermək, hüquqlarını layiqincə qorumaq niyyətindədirlər. Onlardan bir çoxu artıq öz vəkillərinə müraciət belə edib. Bu məsələlərə hüquqi qiymət verilməsi üçün, mənəvi deqradasiya yaşamaqda olan “qəhrəmanların” layiqli cavaba təbii ki, ehtiyaci var və bu, tərəfimizdən hər zaman mütləq olacaq. Əks təqdirdə, təbii ki “oģru elə baģırdı ki, doģru yaddaşını itirdi” məsəli öz mənasını itirərdi. Bir sözlə, qoy bu əldəqayırma və rahat idarəolunan əşyacıqlar bilsinlər ki, qədim və müasir tariximizin güvənc yeri, müstəqil Azərbaycanımızın bir dövlət kimi var olmasında, yaşamasında, çiçəklənməsində və inkişaf etməsində lokomativ sayıla biləcək ulu Naxçıvan və onun müdrik düşüncəyə malik, tərəqqipərvər və humanist ali rəhbərliyi heç bir insani dəyərlərə, vətəndaşlıq mövqeyinə sıģmayan, ucuz, hikkəli və zövqsüz “nəbz yoxlamaları”na boyun əyməyəcək. Bizim yolumuz ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident cənab Ilham Əliyevin ləyaqətlə davam və inkişaf etdirdiyi haqq, ədalət yoludur!

Bəxtiyar Əsgərov,
Naxçıvanın Bakıdakı Nümayəndəliyinin rəhbəri

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Kiyevdə Nəsiminin abidəsi ucaldılacaq – Səfirlə Kiyev meri razılaşdı – VİDEO (FOTOLAR)

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Ukraynanın paytaxtı Kiyev şəhərində …