Çərşənbə axşamı , Dekabr 18 2018
Ana səhifə / Manşet / Millət vəkilinin kitabında biabırçı səhvlər – “Məni Fərhaddan fələk də ayıra bilməz, mama”

Millət vəkilinin kitabında biabırçı səhvlər – “Məni Fərhaddan fələk də ayıra bilməz, mama”

Millət vəkili Hüseynbala Mirələmovun kitabındakı səhvlər sosial şəbəkədə müzakirə mövzusuna çevrilib.

Azinforum.az A24.Az-a istinadən xəbər verir ki, tanınmış yazıçının “Axirətdən gələn zəng” kitabındakı eyniadlı pyesdə müəllifin tituluna yaraşmayan xeyli sayda səhv var.

Üslub, təhkiyə baxımdan primitivliyi ilə diqqət çəkən cümlələrə sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Belə ki, kitabda küli miqdarda orfoqrafik səhvlərlə yanaşı, Azərbaycan dilində olmayan sözlərdən istifadə olunub. Paylaşılan səhifələrdə ədəbi dilə uyğun olmayan primitiv dialoqlar oxucuda ikrah yaradır.

Bir səhifədə 12 orfoqrafik səhvə yol verilib və lüğətimizdə olmayan xeyli sözdən (“Xoşbaxt”, “kayb”, “tok”, “stipendiya” – nəzərə alaq ki, bu sözlərin hər birinin dilimizdə işlək qarşılığı var) istifadə edilib.

Məsələn, cümlələrin daxilində istifadə olunan “dedilər”, “bəs”, “olsa da” və s. kimi ifadələrdən sonra zəruri olduğu halda vergül işarəsi qoyulmayıb.

Mətnin əksər hissəsi püxtə yazıçıya yaraşmayan “Hələ dünən elə bu vaxtı burda mən sizinlə söhbət edəndə dul qadındım” kimi sintaktik cəhətdən uğursuz cümlələrdən ibarətdir.

Millət vəkilinin kitabında biabırçı səhvlər
Millət vəkilinin kitabında biabırçı səhvlər
Millət vəkilinin kitabında biabırçı səhvlər

VIPedu.BIZ

Həmçinin oxuyun

“Məqsəd şəxsən məni hörmət və nüfuzdan salmaqdır” – Prezident köməkçisindən reaksiya

“Azərbaycan ictimaiyyəti zaman-zaman müxalifətin və ya xarici ölkələrə üz tutub anti-Azərbaycan qüvvələrin nəzarəti altında öz …