Laçınlı Soltan bəy Türkiyədə belə anıldı – VİDEO

Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Türkiyənin İğdır və Qars şəhərlərində Azərbaycan – Türkiyə Qeyri-Hökumət Təşkilatlarının dostluq və əməkdaşlıq əlaqələri çərçivəsində layihə həyata keçirilib.

Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğunun və Türkiyədə fəaliyyət göstərən Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) yaxından göstərdiyi dəstək nəticəsində hər iki ölkə üçün səmərəli görüşlər olub.

Azərbaycandan Türkiyəyə gedən nümayəndə heyəti Qarsın Koç Köy kəndində Azərbaycanın xalq qəhrəmanı, əslən Laçın rayonundan olan Soltan bəyin məzarını ziyarət edib.  Kənd sakinləri nümayəndə heyətinin bu təşəbbüsünü sevinc və böyük coşqu ilə qarşılayıblar. Xatırladaq ki, Soltan bəyin məzarının abadlaşdırmasını bir neçə il bundan əvvəl BDM həyata keçirib, qəhrəmanın məzarı üstünə onun böyük fotosu vurulub. Azinforum.az Koç Köydə baş tutan həmin tədbirdən  hazırladığın xüsusi videoreportajı təqdim edir.

 

 

Hazırladı: Niftulla QÜDRƏTOĞLU