Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Manşet / Kiyevdə Nəsiminin abidəsi ucaldılacaq – Səfirlə Kiyev meri razılaşdı – VİDEO (FOTOLAR)

Kiyevdə Nəsiminin abidəsi ucaldılacaq – Səfirlə Kiyev meri razılaşdı – VİDEO (FOTOLAR)

Görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmaməddin Nəsiminin 650 illik yubileyi çərçivəsində Ukraynanın paytaxtı Kiyev şəhərində abidəsi ucaldılacaq. Azinforum.az xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev məlumat verib.
Səfir bildirib ki, İmaməddin Nəsiminin Kiyevdə ucaldılacaq abidəsinin açılışı bu ilin may-iyun aylarında gözlənilir.
A.Xudiyev deyib ki, məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyi Kiyev şəhər meriyasına müraciət edib və ilkin razılıq əldə olunub.
Onun sözlərinə görə, hazırda sənədləşmə işlər həyata keçirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu il Azərbaycanda “Nəsimi ili” elan olunub.
Xatırladaq ki, 2017-ci ildə Kiyev şəhərində Azərbaycan Səfirliyinin təşəbbüsü ilə Azərbaycan Ukrayna dostluq parkı inşa edilərək yerli sakinlərin istifadəsinə verilib.
Park tamamilə yenidən salınıb. Orada 150-dən çox ağac əkilib, işıqlandırma və suvarma sistemi yaradılıb. İnsanların istirahətini təmin etmək üçün hər bir şərait yaradılıb.
Parkın açılışına Kiyev şəhərinin meri Vitali Kliçko da qatılıb. 

Həmçinin oxuyun

Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar – TƏFƏRRÜAT

Aprelin 22-də Bakı Şəhər Baş Gömrük İdarəsində maraqlı hadisə yaşanıb. Belə ki, Dövlət Gömrük Komitəsinin …