Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Keçmiş baş prokuror Vidadi İsgəndərlinin yalanlarını ifşa etdi

Keçmiş baş prokuror Vidadi İsgəndərlinin yalanlarını ifşa etdi

Azərbaycanda prokurorluq orqanlarından qovulan, hazırda isə Avropada oturub şoumenliklə məşğul olan Vidadi İsgəndərli adlı bir adam var. Düzü, bu ünsürə adam deməyə dil də gəlmir. Çünki onun sosial şəbəkələr vasitəsilə nümayiş etdirdiyi əxlaqı görənlər V.İsgəndərlinin çoxdan insani keyfiyyətlərini itirdiyi qənaətinə gələr.

Bu adam bilir ki, sosial şəbəkələrə qadın, cavan, ahıl insanlar da nəzər yetirirlər. Heç bir mənəvi kriteriyaları nəzərə almadan aldığı tərbiyəni nümayiş etdirir. Ən pis formada küçə söyüşləri işlədir. Özü də həmin söyüşləri Azərbaycanın simvolları, atributlarına daha çox yönəldir. Onun etdiyi çıxışların məzmununa diqqətlə fikir verilsə, məlum olur ki, avantüradan başqa bir şey deyil. V.İsgəndərlinin bu yaxınlarda etdiyi çıxışlardan birində o, bir nəfərin adını çəkərək həmin şəxsə “istinad” etdiyini bildirir. Onun guya “istinad” etdiyi şəxsin istefadakı general, bir vaxtlar Naxçıvan MR-in baş prokuroru olmuş Hüseyn Hüseynovun olduğunu qeyd edir. Həmin tərbiyəsiz çıxışdan sonra H.Hüseynovun sosial şəbəkələrdə videomüraciəti yayılıb. Sabiq prokuror bildirir ki, V.İsgəndərlini, ümumiyyətlə, tanımır və onlar prokurorluqda işləyəndə heç vaxt təmasda olmayıblar. Ən maraqlısı isə budur ki, H.Hüseynovun sözlərinə görə, V.İsgəndərli onun öldüyüni zənn etdiyi üçün belə yalanlar danışıb. H.Hüseynov deyir ki, ağır xəstədir, amma Vidadi kimilərin onun adından yalanlar uydurmasına heç vaxt imkan verməyəcək. H.Hüseynov kimi ahıl yaşına çatmış və ağır yataq xəstəsi olan bir şəxslə bağlı yaşananlardan sonra belə nəticəyə gəlinir ki, V.İsgəndərlinin aldığı nəfəs də yalandır. Fikir verin, o, adamın öldüyünü zənn edib, yalanlarını həmin şəxsin adından tirajlayıb. Amma yalanın ömrü 40 gün çəkdiyi üçün, Vidadinin paxırı tez açılıb. Müxtəlif adamların adından belə yalanları uydurmağa V.İsgəndərlini nə vadar edir?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli “Bakı-Xəbər”ə  bildirdi ki,  Vidadilər, Orduxanlar, Mirzəlilər və başqalarının potensialı ancaq söyüş söyməyə çatdığı üçün, onlar belə üsullara əl atırlar: “Şəxsən mən onlarla sosial şəbəkələr vasitəsilə uzun müddətdir mübarizə aparıram. Bu müddətdə nəyi kəşf etdim? Həmin adamlar heç burda olanda da kiməsə lazım olmayıblar. Onların hətta öz ətrafları belə həmin şəxslərdən rəsmən imtina edir. Özü də sizi tam əmin edirəm ki, bu, onların dediyi kimi, hansısa təzyiqə görə olmur. Sadəcə, mənəviyyatı olan adam onların çıxışına baxanda iyrənir. Bu adamaların paylaşımları altına öz adımla yazdığım bütün şərhlər silindi və məni bloka atdılar. Bu da onların fərqli fikrə olan münasibəti. H.Hüseynovun çıxışını mən də izlədm. İndi görün bu adam nə dərəcədə mənəvi aşınmaya məruz qalıb ki, kiminsə öldüyünü zənn edib, onun adından yalanlar uydurub. H.Hüseynovun ona verdiyi cavab V.İsgəndərlinin növbəti ifşası idi. İndi gələk sizin sualınızın növbəti hissəsinə. Artıq xalq onlara inanmadığı üçün, məcbur qalırlar ki, fikirlərinə cəmiyyətdə tanınan adamları əlavə etməklə “kalorit” qatsınlar. Həmin adamlara istinad etməklə öz sifətlərini gizlətməyə çalışırlar. H.Hüseynov çıxışında ona atılan böhtanları Vidadinin doğmalarına, konkret olaraq atasına, babasına və s. yönəltdi. Doğmalarına hörmət edən adam kiminsə adından yalan danışıb, öz əzizlərinin təhqirinə yol verərmi? İndi başa düşülür ki, V.İsgəndərli niyə belə pozğun ritorikadan istifadə edir. El arasında deyirlər ki, söyüşün iki başı olur. Sən kimisə söyürsənsə, səni də kimsə söyəcək. Demək ki, V.İsgəndərli söyülməkdən də zövq alırmış”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Arestoviç: İlham Əliyev qüsursuz oyun aparır

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya son səfəri və həmin ərəfədə rusiyalı sülhməramlıların vaxtından əvvəl ölkəmizi …