Çərşənbə , Noyabr 14 2018
Ana səhifə / Manşet / Jurnalist Tahir Kərimlini sərt tənqid etdi: “O qədər kontur yükləyiblər ki…”

Jurnalist Tahir Kərimlini sərt tənqid etdi: “O qədər kontur yükləyiblər ki…”

Millət vəkili Tahir Kərimlinin Milli Məclis tribunasından Azərbaycanın Dövlət Himninin mətninin dəyişdirilməsinə zərurət olduğu ilə bağlı səsləndirdiyi fikirlər cəmiyyətdə birmənalı  qarşılanmayıb. Sosial şəbəkələr və KİV-lərdə aparılan ictimai müzakirələrdən məlum olur ki, əksəriyyət millət vəkilini məlum mövqeyinə görə sərt qınayır. Məsələyə münasibət bildrənlərdən biri də tanınmış jurnalist Məhəmmədəli Qəribli olub. O, sosial şəbəkədəki hesabında mövzu ilə bağlı maraqlı fikirlərini paylaşıb. Azinforum.az həmin yazının böyük maraq doğurduğunu nəzərə alaraq, olduğu kimi təqdim edir:

“Baxıram neçə gündür hamı Tahir Kərimlini müzakirə edir. Səbəb aydındır. Parlamentə düşdüyünə hələ də inanmayan bu adam deputat varlığını sübut etmək üçün, gündəmə gəlmək niyəti ilə ölkənin atributlarından biri olan – Dövlət Himninə dil uzatmaq qərarına gəlib. Nədənsə, bu hadisə yadıma Tahir Kərimli ilə bağlı olan keçmiş bir xatirəni saldı. 1999-cu ildə Tahir Kərimlinin radikal müxalifətdə olan vaxtlarıydı. Kişi qan-qan deyirdi. Naxçıvanda hərbi xidmətdə olan bir əsgər dünyasını dəyişmişdi. Həmin əsgər əslən Tahir Kərimlinin doğulduğu rayondan olduğu üçün, o, məsələyə çox maraqlı və təxribatçı məzmunlu münasibət bildirmişdi.

Demişdi ki, əsgəri məhz naxçıvanlı olmadığına görə, qəsdən öldürüblər. Mətbuatda geniş tirajlanan həmin açıqlama ilə bağlı ətraflı məlumat öyrənmək üçün, diktafonu götürüb yollandım Tahir Kərimlinin şəhərin mərkəzində (Malakan bağının yanı – M.Q.) yerləşən partiya qərərgahına. Tahir Kərimli ilə bir az söhbət edən kimi, mənim əslən hansı rayondan olduğumla maraqlandı. Naxçıvandan olduğumu dedim. Partiya sədri bunu eşidən kimi əsəbləşdi və qışqırmağa başladı. Dediyi sözlər indiki kimi yadımdadır. Bildirdi ki, heç müxalifətdə olan naxçıvanlıların səmimiyyətinə belə inanmır. Bilirsiniz ki, həmin vaxt müxalifətin aparıcı funksionerləri arasında əslən naxçıvanlı olanlar çoxluq təşkil edirdi.

Tahir Kərimli mənə xitabən dedi ki, sizin hamınız bir yerə qulluq edirsiniz, hamınız bir tayfasınız. Cavan vaxtlarım olduğu üçün, Tahir Kərimlini yola verə bilmirdim. Onunla razılaşmadığımı sübut edən adekvat cavablar verirdim. Əsəbdən ağzı köpüklənən partiya sədri sonda köhnə bir mobil telefonu masanın üstünə atıb, qışqıraraq bunları dedi: “Ay cavan oğlan, mən acından ölürəm, götür telefonuma bax, heç konturum da yoxdur!”

Yayılan səs- küyə Vəhdət Partiyasının ağsaqqallarından olan, rəhmətlik Hacı Cəbrayıl gəldi və Tahir Kərimlini sakitləşdirdi. Mən də gedib “Tahir Kərimlinin konturu qurtarıb!” başlıqlı bir yazı yazdım. Həmin yazı hələ də arxivimdə durur. İndi görürəm ki, Tahir Kərimli kontur sarıdan zərrə qədər də əziyyət çəkmir. Hətta ona (telefonuna-M.Q.) o qədər kontur yükləyiblər ki, adam HİMDƏN imtinaya dair parlament tribunasından çağrış səsləndirməyə belə cürət edir”.

Azinforum.az

VIPedu.BIZ

Həmçinin oxuyun

Sabiq daxili işlər nazirinin qardaşı həbs edildi – ÖZƏL

Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədov həbs edilib. Bu …