Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Manşet / Jurnalist Mübariz İbrahimovu təhqir edən psixoloqun bağlı olduğu şəbəkənin araşdırılmasını istəyir

Jurnalist Mübariz İbrahimovu təhqir edən psixoloqun bağlı olduğu şəbəkənin araşdırılmasını istəyir

Tanınmış jurnalist Məhəmmədəli Qəribli Milli Qəhrəman Mübariz İbrahimovu və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan digər qəhrəmanlarımızı təhqir edən Nərmin Şahmarzadə adlı şəxs haqqında maraqlı status yazıb. Statusun maraqlı olduğunu nəzərə alıb, oxucuların diqqətinə çatdırırıq:

“Mirismayıl Xələfliyə efirdə pedofil deyəndən sonra gündəmə gələn Nərmin Şahmarzadə adlı xanım psixoloq həmin hadisədən doğan ucuz reklamın fonunda başını gicəlləndirərək, yeni bir qalmaqala imza atıb. O, bu dəfə Azərbaycanın Milli Qəhrəmanı olan Mübariz İbrahimovu adi cinayətkar adlandırıb. Deyib ki, 19-20 yaşlı “günahsız” erməni əsgərini öldürmək onun anlamında qəhrəmanlıq sayıla bilməz(?).

Bu mövzu ətrafında yaranan qalmaqaldan sonra, yenidən açıqlama verən Nərmin xanım səsləndirdiyi fikirləri israrla müdafiə edib və bunu kosmopolit düşüncə tərzi ilə izah edib. Bildirib ki, onun üçün erməni düşmən sayılmır. Mənim üçün bu məsələdə maraqlı olan başqa aspektdir. Nərminin malik olduğu düşüncə tərzini o tək daşıyırmi? Hazırda mənim üçün Nərmin o qədər də təhlükəli deyil. Çünki o, nə düşündüyünü açıq etiraf edib, özünü söydürmək kimi cəsarəti ortaya qoyub. Hamılıqla onun üzərinə düşüb linc edib, kənara ata bilərik. Yəqin ki, bundan sonra onu heç efirlərə də çağırmayacaqlar. Bununla hər şey həllini tapırmı?

Təhlükəli olan budur ki, Nərmin kimilər bu ölkədə tək deyil. Deməli ölkədə belə təbliğatı aparan qüvvələr, xüsusi qruplar, təşkilatlar var ki, bir psixoloq onun təsiri altına düşüb. Bax, biz bu barədə dərindən düşünməliyik. Heç bilirsinizmi Nərmin kimi düşüncədə olan, erməni əsgərini günahsız sayan, onun ölümünə acıyan nə qədər gənclərimiz, savadlı mütəxəsisslərimiz var? Bax, çalışıb bu təbliğatın qarşısını almalıyıq, bu zərərli ideyaları ölkəmizə soxuşduran mərkəzlərlə mübarizəni aktivləşdirməliyik. Belə olmasa, Nərmin kimilərin sayı durmadan artacaq. Artıq onlar fikirlərini fərd olaraq söyləməyəcəklər, təşkilatlanaraq, bəlkə də partiyaya çevrilib siyasi arenamıza qədəm qoyacaqlar. Müstəqillikdən sonrakı tariximizi yaxşı bilənlər belə hadisələrin, zərərli fikirlərin ilk dəfə səslənmədiyini təsdiqləyə bilərlər. Amma biz nəyin şahidi oluruq? Görürük ki, bu cür qalmaqallarla populyarlaşan fərdlər, sonra yuxarı başda əyləşib, güya başqa işlə məşğul olduqları kimi özlərini qələmə verirlər.

Kim deyə bilər ki, onlar erməniyə bəslədikləri məhəbbəti kökündən dəyişiblər? Bəlkə həmin hisslərini gizlədib, söyləmək üçün daha ideal şəraitin yetişməsini gözləyirlər? Demək istədiyim budur ki, bu bəla ilə sistemli şəkildə mübarizə aparmalıyıq. Əgər müharibə şəraitində olan ölkədə gənc bir xanım özündə cəsarət tapıb şəhidlərimizi təhqir edib, ermənini özünə dost sayırsa, işğal olunmuş ərazilərimizdə gəbərən erməni əsgərinə yas saxlayıb ağlayırsa, deməli, vəziyyət bizim düşündüyümüzdən də ciddidir. Mən burda vaxtilə Nərmindən də pis fikirlər səsləndirən, hazırda isə cəmiyyətimiz tərəfindən iştahla həzm olunan bir sıra fərdlərin adlarını da çəkə bilərdim. Sadəcə, lüzum görmürəm. Sistemli mübarizə deyəndə, əlaqədar dövlət qurumlarının lazımi müdaxiləsindən tutmuş, ictimai qınağın sərt şəkildə olmasını nəzərdə tuturam. Bilin ki, Nərminlər bu zərərli təbliğatın ilk qaranquşları deyil…”

Həmçinin oxuyun

“Azərbaycanda narkotikin yayılmasını yuxarı səviyyədə himayə edirlər”

Elm və Təhsil Nazirliyinin tabeliyində olan Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Meydan TV-yə …