Ana səhifə / Manşet / Dövlət Yol Polisi yeni cərimə kampaniyasına start verib…

Dövlət Yol Polisi yeni cərimə kampaniyasına start verib…

Bu gün avtomobilimi txniki baxışa təqdim etmək üçün gedərkən Prezident adminstrasiyasının qarşısındakı yolda (İstiqlaliyyət küçəsi ilə Nizami küçəsinin kəsişməsində) hərəkət edərək Azneft meydanına döndükdən sonra üzü yuxarı hərəkət edən və məndən 30-40 m məsafədə olan DYP əməkdaşının idarə etdiyi motoskillə qəfil yolu dönərək ardımca gəldi və saxlama işarəsi verdi. Məlum oldu ki, DYP əməkdaşı Hüseynov Ceyhun hesab edir ki, mən İXM 327.2. maddəsinin tələbini pozmuşam (60 manat cərimə və 3 bal). Hamı bilir ki bu kəsişmədə intensivlik yüksəkdir və həm də bu kəşişmə AA və PA seriyalı “imtiyazlı” avtomobillərin və onları müşayət edən iriqabaritli avtomobillərin “at oynadığı” məkandır. Mən dönmə hərəkətini edərkə aşağıdan hərəkət edən avtomobillə məsafə 30-35 m olardı. Onun da orta sürəti 30 km-dən çox deyildi. Dönməni eyni vaxtda iki avtomobil etdi. Nədənsə DYP əməkdaşının diqqətini mən çəkdim. Mənə aşağıdan öz kamaerası ilə çəkdiyi görüntüləri nümayiş etdirdi. Heç nə aydın görünmürdü. amma mənim hərəkətin aşağıdan gələn avtomobilin sürətini azaltmasına, hərəkət istiqamətini dəyişməsinə səbəb olmamış, heç bir qəza vəziyyətindən də söhbət gedə bilməzdi. Mən dönməni başa çatdıranda aşağıdan gələn avtomobillə üzbəüz qarşılaşdıq. Buna baxmayaraq mən DYP əməkdaşını inadıra bilmədim və o protokol tərtib etdi. Onu da qınamıram çünki göstəriş var.

Təcili cərimələr toplanmalıdır. Plan qoyulub. İndi hər yerdə reydlərdir. Körpülərin altinda gizlənib gözləyən DYP avtomobillərinə addımbaşı rast gəlmək olur. Mən bilirəm ki, bu cərimələrlə bəzi dövlət orqanlarının əməkdaşlarına əlavə əmək haqqı verilir. Amma cərimələnənlər əsasən kasıb təbəqədir. “İmtiyazlı” təbəqyə söz deyə bilmir DYP. Məncə bu yaxşı hərəkət deyil. Mən əlbəttə şikayət verəcəm. O kəsişmədə gün ərzində avtomobillər az qala bir-birinə sürtülərək keçir. Başqa varinat da yoxdur. Mən isə qarşıdan gələn avtomobilin hərkətinə heç bir maneə törətməmişəm.

P.S. Texniki baxışa gedərkən darvazanın qarşısında məni bir DYP əməkdaşı qarşılayıb sorğu-sual etdi. Bu barədə yazmaq istəmirəm. 20 manat ödəyib texniki baxışdan keçdim.

Sahib MƏMMƏDOV, QHT sədri

Azinforum.az

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …