Bazar ertəsi , Oktyabr 22 2018
Ana səhifə / Manşet / Bu vəziyyətdən yalnız iki gənci qurban verməklə xilas ola bilmərik!

Bu vəziyyətdən yalnız iki gənci qurban verməklə xilas ola bilmərik!

Bakıdakı orta məktəblərdən birində baş verən hadisə ətrafında müzakirələr davam etməkdədir. Söhbət eyni məktəbin iki fərqli siniflərində oxuyan şagirdinin məhz həmin məktəbin inzibati binasında sekslə məşğul olduğu anın görüntülərin yayılmasından gedir. Məsələyə fərqli münasibətlər bildirilir. Anlayıram ki, çox üzücü bir hadisədir. Baş verən hadisənin törənməsinə səbəb olan halların ətraflı müzakirə olunması üçün bir neçə saatlıq fikir mübadiləsinə ehtiyac var.
Çünki yaranmış vəziyyətə tam aydınlıq gətirmək üçün kompleks yanaşma ortaya qoyulmalıdır. Nəticəyə fikir verək. Məktəbin inzibati binasında sekslə məşğul olan 11-ci sinif şagirdi (oğlan) həbs edilib və onu 8 ildən 15 ilə kimi həbs cəzası gözləyir. Onun seks partnyoru olan 7-ci sinif şagirdi (qız) isə baş vermiş hadisədən sonra canlı yayımda öz vena damarlarını kəsib. Hadisədə günahkar məhz bu iki şagirdirmi? Xeyr!

Məsələyə sırf mental baxımdan yanaşan cəmiyyətimiz bu iki gəncə heç vaxt bəraət verən deyil. Dindar kəsim isə deyəcək ki, hadisə könülü baş veribsə, iki gəncin evlənməsi ilə məsləyə nöqtə qoyula bilər. Çünki İslam həmin yaşdakı adamların izdivacına (evlənməsinə) qadağa qoymur. Ölkəmizin idarə olunduğu dövlət qanunlarında isə bu əmələ görə cəza nəzərdə tutulur ki, bu addım da artıq atılıb. Ancaq gəlin etiraf edək ki, bir çox ölkələrdə bu yaşda olan gənclər arasında anoloji hadisələrin baş verməsinə adi hal kimi yanaşırlar.

Görünür qloballaşan dünyanın təsirləri bizdən də yan keçməyib. Amma gəlin hər şeyi zəmanənin də üstünə atmayaq. Oğlanı qınayan kişilər özlərinin 11-ci sinif dönəmlərinə  bir anlıq ekskurs etsinlər. Sizi əmin edirəm ki, ehtirasın çoşduğu həmin yaş dövürnüdə çox az adam tapılardı ki, onlara könüllü seks təklif edən 14 yaşlı qızın istəyini geri çevirsin. Belə qınaqlardan xilas olmaq üçün məsələyə müdrik yanaşma tələb olunur ki, o da 11-ci sinif şagirdində nadir hallarda ola bilər. Mən heç də uşaq parnoqrafiyasının təbliğində maraqlı deyiləm. Bunu yazmaqla bildirmək istəyirəm ki, hadisəyə yalnız iki gəncin münasibəti kontekstindən deyil, ümumi cəmiyyəti narhat edən problemlər və onları doğuran səbəblər prizmasından yanaşmaq lazımdır.

Bakının mərkəzində yerləşən həmin məktəbin müdriyyəti niyə bu məsələyə görə qınanılmır? Niyə onlar məsuliyyətdən kənarda qalıb? Hadisə məktəbin inzibati binasında baş verməsəydi, onlara qarşı heç belə tələbkar da olmazdım. Hamımız məktəbdə idman dərsinə girmişik. Orda qızlarla oğlanların “razdevalkası” ayrı olur. Necə olub ki, həmin məktəbdə buna nəzarət yoxdur? Həmin otağa kim nəzarət etməlidir və niyə buna əməl etməyib ki, oğlanla qız onlara eyni anda girişi qadağan olunan bir otağı özləri üçün ideal seks məkanı kimi seçiblər? Və ən nəhayət, bu işə görə, ilk növbədə həmin videonu gizli çəkərək cəmiyyətə təqdim edib iki gəncin həyatını məhv edən adam ağır cəzaya məhkum edilməlidir.
Çünki həmin şəxslər belə halın yaşandığından əvvəlcədən xəbərdar olublar ki, ora gizli videoçəkilişin aparılması üçün qurğu quraşdırıblar. Hadisə cinayət kimi qiymətləndirilirsə, onda həmin adamlar cinayəti bilib gizlətməyə , yayılması qadağan olunan pornonu ictimailəşdirməyə görə Cinayət Məcəlləsinin müvafiq maddələrilə məsuliyətə cəlb edilməlidir. Ən əsası isə həmin məktəbin bütün rəhbərliyi, idman dərslərinin keçirilməsi üçün nəzərdə tutulan geyinib-soyunma otaqlarına cavdeh olan şəxslər də cəzadan kənarda qalmamalıdır. Unutmayın ki, biz cəmiyyət olaraq bu vəziyyətdən yalnız iki gənci qurban verməklə xilas ola bilmərik!

M. QƏRİBLİ

Azinforum.az

Həmçinin oxuyun

Xoşqədəm Hidayətqızı: “Həyatımda nəyim varsa, Naxçıvana borcluyam…”-VİDEO

Azinforum.az-ın əldə etdiyi məlumata görə,  oktyabr ayının 19-da tanınmış jurnalist, “Xəzər” televiziyasında yayımlanan  “Səni axtarıram” …