Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Manşet / “Azercell”dəki sms fırıldaqlarının iç üzü – II yazı

“Azercell”dəki sms fırıldaqlarının iç üzü – II yazı

Bugünlərdə Azinforum.az İnformasiya Portalı olaraq, “Azercell”-in “Sindibad” adlı fırıldağı ilə üzləşdiyini iddia edən vətəndaş Abdullayev Həsən İbrahim oğlunun müəllifi olduğu  araşdırma yazısınını (Seçilən linkə tıklamaqla, qeyd edilən yazıya keçid ala bilərsiniz) təqdim etmişdik. İndisə həmin yazının ikinci hissəsini dərc edirik.

“”Azercell”ə  şikayət edən müştərilərə verilən cavabda “Sindibad”ın web səhifəsinin www.smsfun.az olduğu deyilir. Bu sayta daxil olub saytın həqiqətən “Sindibad”a aid olduğunu görmək olar. Ancaq nədənsə, “Sindibad”ın telefonlarına cavab verən şəxslər bəzən web səhifələrinin az.mobileacademy.com olduğunu da deyirlər. Bu saytın ünvanını yazsanız da daxil olabilməyəcəksiniz. Bunun üçün fırıldağa düçar ediləcək namizəd olaraq seçilməyiniz lazımdır. O zaman IP filtr sizin şəkildə  görüldüyü kimi başqalarının girə bilmədiyi az.mobileacademy.com saytına yönləndirib pulunuzu sizin “səhvinizlə”  oğurlayacaq. Şəkillə diqqət etsəniz bu xidməti verən fırıldaqçının ünvanı “Azercell” müştəri xidmətlərinin yazdığı (aldatdığı) kimi Azərbaycanda, Bakı şəhərində deyil, Birləşmiş Ərəb Əmirliklərində, Dubaydadır.

“Azercell”də istənməyən abunəliklərdə müştərinin özünün nəyəsə qoşulmağı vacib deyil, bu xidmətləri təqdim edən provayder sadəcə, nömrənizi yazmaqla sizi abunə edərək, xidmətə qoşa bilər.

Bu avtomatik abunəliklər operatorun sizin haqqınızda topladığı informasiya bazasına uyğun olaraq ediləbilər. Məsələn, sizin Bakı şəhərində olduğunuz məkanlara uyğun, o ərazidə yerləşən mağazalardan reklam xarakterli sms-lər almağınız bunun bir nümunəsidir. Ziyarət etdiyiniz web səhifələri, internetdən yüklədiyiniz proqram və oyunlar sizin haqqınızda profil formalaşdırır və buna uyğun sizi tələyə salacaq reklam xarakterli mesajlar, bəzən isə abunəliklər göndərilir.

Hal-hazırda belə saytlar var və tanımadığınız bir şəxs nömrənizi yazıb sizi abunə edəbilər, bununla da,  balansınızdan vəsait çıxılmış olur. Əslində isə belə əməliyyatlarda ikitərəfli təhlükəsizlik proseduru tətbiq edilməlidir, müştəri xidmətə qoşulmaq istədiyini şəxsən təsdiqləməlidir. Məsələn sms-lə gələn təsdiqləmə kodu ilə. Necə ki, “playmarket”dən pullu oyun və ya proqram yüklədiyiniz zaman bank kartınızın məlumatlarını tək- tək daxil edirsiniz və təsdiqləyirsiniz, mobil operatorlar da belə edə bilərlər. Əgər mobil operator bunu etmirsə, bu onun müştərinin başına gətirilən fırıldaqdan maddi xeyir gütdüyünü, xidmətin aktiv olunmağına qəsdən icazə verdiyi göstərir. “Azercell” müştərilərə nömrə satarkən müqavilə imzaladır, o müqavilə əsasında isə müştərini məsul bilərək onu 3-cü şəxsə yönləndirir. Beləliklə qismən də olsa, məsuliyyətdən boyun qaçırır. Yəni sistem elə qurulur ki, çətin məqamda günahlandırılan 3-cü şəxs olsun, “Azercell” isə sudan duru çıxa biulsin.

Ancaq mobil operatorun məsuliyyət qəbul etməyib sizi yönləndirdiyi hansısa şirkət  balansınızdan vəsait çıxırsa və bunun sizin razılığınız əsasında baş verdiyini iddia edirsə, sizə təqdim olunan xidmətə razılığınızı müqavilə ilə göstərib isbat edə bilməlidir. Sizin “Azercell” ilə olan yazılı, şəxsiyyət vəsiqəsi və imzanız ilə təsdiq etdiyiniz müqavilənin isə burada heç bir hüquqi keçərliliyi olmur, çünki operatorun özünün dediyi kimi, məsələ sizlə fırıldaqçı şirkət arasındadırsa, həmin şirkət şəxsən sizin razılıq verdiyiniz və imzaladığınız müqaviləni təqdim edə bilməlidir. Ancaq nəinki müqavilə, sizinlə  danışan şirkət nümayəndəsi ünvanı belə  deməyəcək.

Bu kimi platformalar birbaşa olaraq mobil operatorun “charging” sistemi ilə inteqrasiya olunduğu üçün,  həmin mobil operator da bu kimi halları nəzərə alıb fırıldaqçı əməliyyatların qarşısını almalıdır.

Belə düşünün, bankda hesabınız var, səhər öyrənirsiniz ki, balansınız bitib. Bitməyi bir tərəfə, hələ mənfiyə belə gedib. Əlaqə saxlayanda sizə deyirlər ki,  bəs, bunu səbəbkarı filankəsdir, sizin adınızı və hesab nömrənizi bilməklə gəldi, müraciət etdi, biz hesabınızı boşaltdıq hələ borc da verdik ki,  siz avamsınız, biz ağıllı, onsuz da ödəyəcəksiniz. Əgər etirazınız varsa,  gedin sizin hesab nömrənizi və adınızı bilən adamla həll edin probleminizi. Halbuki belə halda bankın müraciət edən şəxsin kimliyini şəxsiyyət vəsiqəsilə təsdiqləməsi, əgər qanuni nümayəndədirsə bunu üçün lazımlı olan etibarnaməni yoxlaması lazımdır. Bank bunu etmir, ancaq günahkar sizi çıxarır. Vəziyyət bu qədər absurddur.

Bu qədər zəif təhlükəsizlik proseduruna sahib olan və bu problemin yaranmasının əsl səbəbkarı “Azercell”dir.

Normal halda abunəçi sms yolu ilə almalı olduğu məhsulu bu kimi platformalar vasitəsilə özünün belə xəbəri olmadan ala bilər. Bu halda isə mobil operator birmənalı olaraq məsuliyyət daşıyır. Mobil operator baxış keçirirək abunəçinin həmin saatlarda internet istifadə etmədiyini, edirsə hansı sayta daxil olduğunu görə bilər. İddia olunan xidmətin ona verilib- verilmədiyini, abunəçinin o xidmətdən istifadə edib -etmədiyini öyrənə bilər.

İnternetdən istifadə zamanı qarşımıza çıxan bir çox reklamlarda mobil nömrəni daxil edərək hansısa bir xidməti satın almaq mümkündür. Fırıldaq isə burda başlayır, çünki həmin reklamların bəzilərində istənilən nömrənin daxil edilməsi mümkündür. Bu isə indiki vəziyyətdə olduğu kimi xəbərsiz şəkildə pul itkilərinə səbəb olur.

Mobil operator bu kimi fırıldaqların fərqindədir, mümkün şikayətdə isə bütün məlumatların öz serverində qeyd olduğunu, lazım gəldikdə bu məlumatlarla istədiyi kimi manipulyasiya edəbiləcəyini nəzərə alıb, bu pul tələlərinin və oğurluqların qarşısını almır.

Məsələnin kökünə getsək, “Sindibad” şirkəti Mobitrans/Mobile Academy fırıldaqçı şirkətinin Azərbaycandaki törəməsidir. “Azercell”ə müqavilə əsasında fəaliyyət göstərən, Avropanın bir neçə ölkəsində müştərilərlə məhkəməlik olan, Böyük Britaniyanın aparıcı KİV-lərində işıqlandırılan və nəticədə Böyük Britanıyada fəaliyyəti dayandırılan bir fırıldaqçıdır. Bununla bağlı məlumatları aşağıdaki linklərdə təqdim edirəm:

https://www.independent.co.uk/topic/mobitransmobile-academy

https://twitter.com/hashtag/mobitrans

https://www.avforums.com/threads/ee-mobitrans-scam.1985231/

https://mobitransscam.wordpress.com/

Yuxarıdakı keçidlərdə Mobitransın minlərlə abunəçinin istənməyən xidmətlərə qoşub balanslarından pul oğurlandığını və bu haqda başqa məlumatları oxuya bilərsiniz. Bu qlobal fırıldaqçını Azərbaycanın məhz öndə gedən operatorunun himayə etməsi düşündürücüdür”.

Mövzu ilə bağlı “Sindubad” və “Azercell” şirkətinin də mövqeyini dinləçməyə hazırıq.

Azinforum.az 

 

 

Həmçinin oxuyun

Naxçıvanda: Dərzi şikayət etdiyi üçün obyekt icarə götürə bilmədiyini deyir

“Aylardır iki azyaşlı körpəmi dolandırmaqda çətinlik çəkirəm” Ötən il, oktyabrın 22-də Naxçıvanın Şərur rayonundakı ticarət …