Cümə , Sentyabr 21 2018
Ana səhifə / Manşet / Altay Göyüşov Samir Adıgözəlliyə feysbuk fəallığına görə, odioz dedi – Ona verilən cavab isə daha sərt oldu (VİDEO)

Altay Göyüşov Samir Adıgözəlliyə feysbuk fəallığına görə, odioz dedi – Ona verilən cavab isə daha sərt oldu (VİDEO)

Ölkədə növbədənkənar Prezident seçkilərinin elan olunmasından sonra, sosial şəbəkələrdə xüsusi aktivləşmə nəzərə çarpır. Xüsusilə də, ölkədən qaçıb xaricə sığınmış bəzi blogerlərin göstərdiyi radikal fəaliyyətə hakimiyyət düşərgəsindən lazımi cavabların verildiyi nəzərə çarpır.  Bu işdə daha çox koordinasiyalı fəaliyyətin olduğu nəzrə çarpsa da, bəzi tanınmış ictimai-siyasi xadimlər şəxsi təşəbbüsləri ilə, öz  açıq profilləri vasitəsilə həmin diskussiyalarda yaxından iştirak edirlər. ABŞ -da yaşayan jurnalist Sevinc Osmanqızının hazırladığı  son verilişlərdən birində bu barədə müzakirə aparılıb.  Həmin müzakirənin gedişində, Real  Hərəkatının funksioneri Altaj Göyüşov virtual aləmdə hakimiyyətin mövqeyini dəstəkləyənlər arasında bir təsnifatlandırma aparıb və bu xüsusda Samir Adıgözəlli ilə Azər Həsrətin adını odioz bir fiqur kimi təqdim edib. Beynəlxalq Diaspor Mərkəzinin sədr müavini Samir Adıgözəlli  Azinforum.az-a açıqlamasında Altay Göyüşovun fikirlərilə tanış olduğunu bildirdi: “Həmin adam 3-4 nəfərdən ibarət olan, ancaq böyük hərəkat kimi təqdim olunan  REAL adlı bir təşkilatın üzvüdür. Mən çox təəssüf edirəm ki, bu cür adamlar siyasətlə məşğul olur. Görün, insan nə qədər avtoritar düşüncənin yiyəsi olmalıdır ki, öz adı ilə fərqli fikirləri yazan adama qarşı belə aqresiya nümayiş etdisin? Mən təəssüf etdim. Ancaq gördüyüm işdən də çox məmnunam. Çünki ölkəmi, onun Prezidentini müdafiə edirəm. Mən şüurum kəsəndən bu yolda olmuşam və heç də Altay Göyüşovun  yalandan qeyd etdiyi kimi onlarla eyni düşərgədə olmamışam”.

M. MİRZƏ

Azinforum.az

 

 

Həmçinin oxuyun

Murtuz Ələsgərovun anadan olmasından 90 il keçir

Bu gün Azərbaycanın mərhum siyasi-ictimai xadimi, Milli Məclisin sabiq sədri Murtuz Ələsgərovun anadan olmasından 90 …