Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Manşet / Aktyor təhsil nazirinə müraciət etdi: “…Siz də məsuliyyət daşıyırsınız!”

Aktyor təhsil nazirinə müraciət etdi: “…Siz də məsuliyyət daşıyırsınız!”

Tanınan aktyor, sevimli Drakon obrazının oyunçusu Rza Rzayev təhsil naziri Ceyhun Bayramova və təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya müraciət ünvanlayıb.

Azinforum.az  xəbər verir ki, sənətçinin müraciətinin səbəbi 220 saylı məktəbin direktor əvəzi Tural Mirzəliyevin qanunsuz əməllərini davam etdirməsi və məktəbdə baş verən hadisələr haqda edilən müraciətlərə bu günə qədər heç bir cavab almamağıdır. R.Rzayevin müraciətini olduğu kimi təqdim edirik: “Hörmətli təhsil naziri Ceyhun Bayramov, təhsil nazirinin müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva! Sizin tabeçiliyinizdə çalışan adamların (istər məktəb direktoru əvəzi Tural Mirzəliyevin, istərsə də Daxili Tədqiqat İdarəsinin işçilərinin) qanunsuz hərəkətlərinə birbaşa müdaxilə etməməyiniz gələcəkdə baş verə biləcək faciəvi hadisələrə yol aça bilər və hər an baş verə biləcək belə hadisələrə görə siz də məsuliyyət daşıyırsınız.

Nəzərinizə çatdırım ki, öncə baş verən hadisələr bir neçə istiqamətdə məhkəmədə araşdırılır.

İlk öncə Nəsimi Rayon Məhkəməsi bizim iddiamızı araşdıraraq Zeynəb müəlliməni öz işinə bərpa etdi. Dörd valideyn – Salmanova Pərvanə, Məmmədova Aliyə, Muxtarova Fərqanə, bir müəllimə – Mirzəliyeva Taliyə və məktəbin psixoloqu İsmayılova Gülbəniz haqqında xüsusi ittiham qaydasında (AR Cinayət Prosessual Məcəlləsinin 88-ci maddəsinə müvafiq olaraq) AR Cinayət Məcəlləsinin 147.2-ci və 148-ci maddələri ilə cinayət işinin başlanması üçün Nizami Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişik, məhkəmə iddialarımızı qəbul edib, 3 hazırlıq iclası, 3 baxış prosesi keçirilib. Taliyə Mirzəliyeva məhkəmənin olacağını bilə-bilə ölkəni tərk etmişdi, məhkəmə haqqında məcburi gətirmə qərarı çıxardı və məlum oldu ki, o, ölkədə yoxdur. Teleqram göndərib xahiş etdi ki, məhkəmənin vaxtı uzadılsın. Yaxın günlərdə məhkəmə prosesi yenidən başlayacaq.

Avqust ayının 1-də Nizami rayonunda keçirilən növbəti məhkəmədə baxış iclası zamanı 220 saylı məktəbin direktor əvəzi Tural Mirzəliyev bir qrup qadınla məhkəmənin həyətində peyda oldu.

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Turalın yuxarıda adlarını sadaladığım cavabdehlərə tutduğu vəkil (vəkili məhz Tural tutub) məhkəmə prosesində vəsatət qaldırdı ki, çöldə əlavə valideynlər var, şahid kimi gəliblər. Hakim vəsatəti qəbul etmədi, dedi – “Mən hakim olaraq hələ şahid qismində kimisə məhkəmə prosesinə dəvət etməmişəm. Buna ehtiyac yaranmayıb. Bilirik onları məhkəmənin həyətinə kim toplayıb”.

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

İndi sizə sual edirəm – tətil günü bu valideynləri Tural Mirzəliyev niyə maşınlara yığıb gətirib məhkəmənin qarşısına? (hansı maşınlarla gətirdiyinin şəkilləri var)

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Mirzəliyev Turalın tabeliyində işləyən müəllimələrə və həmin məktəbdə oxuyan uşaqların bəzilərinin valideynlərinə məhkəmədə iddia qaldırılıb.
Sual olunur, bəs Tural Mirzəliyevin məhkəmənin qarşısında nə işi var?! Cavabdeh müəlliməni, yəni Taliyə Mirzəliyevanı Tural direktor müavini təyin etdirmək istəyirdi və şər- böhtan atanlar da Taliyənin dərs dediyi şagirdlərin valideynləridir. Şəkildə də göründüyü kimi, məhkəmənin qarşısında Tural Mirzəliyev Taliyənin valideynlərinə məhkəmədə nə danışacaqları barədə təlimat verir. Tural bunları niyə edir?

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Çünki bu şəxsləri şər-böhtan atmağa Tural və Taliyə təhrik edib. İndi məhkəmədə həqiqətlərin üzə çıxacağından qorxur. Valideynləri də yığıb məhkəmənin önünə gətirməklə özünü qorumaq istəyir. Sonra da bu qadınları aparıb töküb polis bölməsinin qarşısına ki, guya biz onlara hərbə-zorba gəlmişik. Polis də öz növbəsində işi araşdırdı və onların bu şər-böhtanlarını rədd etdi.
Nəzərinizə çatdırım ki, məktəbdə özbaşınalıq baş alıb gedir, Tural müəlimlərə və valideynlərə təsir etmək üçün hələ tətil öncəsi, yəni İyun ayında yeni təyin olunmuş direktor müavini Mehriban xanım (hələ dəqiq bilinmir o, hansı sahə üzrə direktor müavini kimi əmr alıb, gah deyir – “Yuxarı siniflər üzrə təlim-tərbiyə işləri üzrə müavin olmuş Aybənizin yerinə təyin edilmişəm”, gah da deyir – ibtidai siniflər üzrə direktor müavinidir. Hal-hazırda 5 aydan çoxdur ibtidai siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərir) ibtidai sinif müəllimlərini otağa yığaraq iclas edib. Mehriban xanım iclasda deyib – “Tural Mirzəliyev dedi sizin nəzərinizə çatdırım ki, BŞTİ tərəfindən Taliyə Mirzəliyeva yuxarı siniflərdə təlim-tərbiyə işləri üzrə direktor müavini, Gülşən isə tərbiyəvi işlər üzrə direktor müavini (təşkilatçı) təyin edilib. (səs yazısı var)
Tədris ili başlayandan sonra məlum olub ki, bunların hamısı uydurmadır, Turalın gedişləridir. Bizə şər atdırdığı müəllimləri və valideynləri təsir altında saxlamaq metodudur!
Tural isə bu günlərdə keçirilmiş pedoqoji şuranın iclasında deyib ki, Gülşənin əmri hələ gəlməyib, amma o, tərbiyəvi işlər üzrə direktor müavini vəzifəsini əvəz edir və tezliklə əmri gələcək. Gülşən isə artıq müəllimlərə tapşırıqlar verir, tapşırıqlarsa nədən ibarətdir – “Vinyetkaları biz dediyimiz adamda çəkdirirsiniz, biz dediyimiz yerdə tədbir keçirirsiniz, uşaqları hara aparsanız biz dediyimiz yerdən maşın kirayələyirsiniz, biz də onlardan faiz alıb məktəbə xərcləyəcəyik”. Necə ki, müəllimlərdən hazırlıq pullarından faiz alıb – hər şagird sayına 10 manat verir direktor əvəzi Turala.
BŞTİ–nin apardığı yoxlamanın nəticələrinə görə, 4 direktor müavini işdən azad edilib. Tural Mirzəliyev Nəsimi rayon məhkəməsində söylədi ki, “Həmin 4 direktor müavinlərinin əməlində əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi aşkarlandı. Amma, biz onlara təklif etdik ki, özləri ərizə yazıb direktor müavini vəzifəsindən imtina etsələr, biz onları müəllim kimi işdə saxlayarıq. Onlar ərizə yazdılar, amma Zeynəb müəllimə ərizə yazmadığı üçün onu əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi ilə işdən azad etdik”. Yenə sizə sual edirəm əməlində əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi aşkarlanan director müavinlərini necə bağışlamaq olar, bu hansı qanunda yazılıb, bu səlahiyyəti Turala kim verib?
Yuxarıda söylədiyim kimi, Nəsimi rayon məhkəməsi Zeynəb müəlliməni işinə bərpa etdi, BŞTİ-nin verdiyi qərarın tam qanunsuz olduğu məhkəmədə sübut olundu. BŞTİ-ni öncə təmsil edən nümayəndəsi Elnur Cəfərov və Tural Mirzəliyev məhkəmədə verilən suallara heç bir cavab verə bilmədilər, növbəti məhkəmə prosesində BŞTİ-ni Məmmədov Raman təmsil etdi, verilən suallara qanuna sığmayan cavablarla, qanunsuz hərəkətlərinə elə sözlərlə haqq qazandırmağa çalışdı ki, dövlətimizin təhlükəsizliyinə zərər gətirəcəyi üçün həmin cavabları burada açıqlamaq istəmirəm. Həmin cavablar məhkəmə prosesində protokola qeyd edilib.
Məhkəmədə verilən cavablar və məhkəmənin qərarı yoxlamanın nə qədər qeyri-qanuni aparıldığının göstəricisidir. Aydın olan bu oldu ki, Tural və BŞTİ-ni təmsil edən mütəşəkkil dəstənin məqsədləri ancaq direktor müavini yerlərini boşaltmaq imiş, necə ki boşaldıblar, necə dolduracaqlarını isə əvvəlcədən hazırlamışdılar, planlarını təsadüfən mən pozmuşam.
Bu günə qədər də çıxarılan 4 direktor müavini yerlərinə kimsə təyin olunmayıb. Böyük siniflər üzrə direktor müavininin işini hələ də əməlində əmək məcəlləsinin 70-ci maddəsinin C bəndi aşkarlanan (Tural məhkəmədə söylədi), amma öz xahişi ilə müəllim kimi işdə saxlanılan Aybəniz müəllimə yerinə yetirir. Bunun nə qədər qanuni olduğunu siz özünüz deyin. Qalan 3 direktor müavini yeri isə 5 aydır ki, boşdur. Bu direktor müavinlərinin yerlərinin boş saxlanılmasında məqsəd nədir, ölkədə direktor müavini tapıb təyin etmək üçün müəllim və yaxud bu qədər uğurlara nail olmuş 220 saylı məktəbdə işləyən müəllimlərin içərisində direktor müavini vəzifəsini daşıya biləcək şəxs yoxdur?

Sentyabr ayının 22-də Tural Mirzəliyevin 1 illik müqavilə müddəti bitir. Bu günə qədər direktor müavinləri təyin etməməkdə məqsəd – sabah “Məktəbi başsız qoya bilmərik” deyib yalançı, mənəviyyatsız, əxlaqsız, təriqətçi, qadınları önə verən, şər-böhtan maşınının, FETÖ-çü, sapıq olan və bir ildə orta hesablamaya görə hazırlıq dərslərindən təxminən 100 min manata qədər pul qazanan, məktəbi bazara çevirən adamı və özü ilə gətirdiyi – müəllimlər və valideynlər arasında qeyri-etik davranışları və geyimi ilə başqa söhbətlərə səbəb olan Gülşənin müqavilə müddətini uzatmaq istəyən mütəşəkkil, təriqətçi dəstənin strateji addımlarının bir hissəsi hesab edilə bilər, çünki onlar bilir ki, Tural direktor əvəzi kimi fəaliyyət göstərməsə müəllim kollektivi və valideynlər yoxlamaya gələnlərin və Turalın qeyri-qanuni hərəkətləri haqda gerçəkləri söyləyəcəklər.
Çünki Tural Mirzəliyev özünü direktor təyin olunmuş kimi, Gülşən isə özünü direktor müavini kimi valideynlərə və müəllimlərə təqdim edirlər, gələcək planlarından danışırlar, müəllimlərə və valideynlərə toxunulmaz olduqlarını göstərirlər.

Bir il ərzində 220 saylı məktəbdə baş verən hadisələr dövlətçilik üçün böyük təhlükələr yaradır. Tural Mirzəliyevin və onun təmsil olunduğu mütəşəkkil təriqətçi dəstənin üzvləri Bakı şəhəri üzrə Təhsil İdarəsinin müavini Rəşad, Daxili Tədqiqat İdarəsinin rəisi Sərxan Rzayev, həmin idarənin əməkdaşı Yaqut xanım və adlarını bilmədiyim, məktəb yoxlamalarında iştirak edən bir neçə şəxs məktəblərdə özlərini çox toxunulmaz aparırlar və kimə nə istəyirlərsə edə bilərlər təəssüratını yaratmağa çalışırlar. Müəllimlər və valideynlər arasında təşviş yaradırlar. Bir çox müəllimlərin və valideynlərin bizə müraciətlə dedikləri sözləri nəzərinizə çatdırıram, – “Görün bu cür dəstə sizin kimi insanlara şər-böhtan atırsa, biz səsimizi çıxarsaq, bizim başımıza hansı oyunları açarlar”. Bu dəstə məktəblərdə ad çıxarıb, onların varlığı məktəblərdə xof yaradır.
Bu adamların cəzasız qalması məktəb kimi həssas bir yerdə dövlətimizə və dövlət başçımıza inamsızlıq yaradır. İnsanlar düşünür ki, dövlət və qanun olsaydı, bu insanlar məktəblərdə belə at oynada bilməzdilər.

Hörmətli Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov,
Hörmətli Azərbaycan Respublikasının Təhsil nazirinin müavini və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət xanım, siz milyonların içindən seçilən və etimad göstərilən şəxslərsiniz. Sizin tabeçiliyinizdə çalışan şəxslərin dövlətimizə və dövlət başçımıza qarşı yaratdıqları bu inamsızlığın bir adı var – xəyanət.
220 saylı məktəb iki dəfə respublika birincisi olub, bu uğurda direktor və direktor müavinlərinin və müəllimlərin əməyi var. Məktəbin bu uğurlarına görə keçmiş məktəb direktoru Cənab Prezident tərəfindən əməkdar müəllim adı almış və vəzifəsində irəli çəkilmişdi. Amma, BŞTİ-nin Daxili Tədqiqat İdarəsinin apardığı yoxlamanın nəticələri bu uğurlara tərs mütənasibdir , keçmişdə əldə edilmiş uğurlara kölgə salmaq məqsədlidir. Bu da məktəbdə aparılan yoxlamanın necə məqsədli və qərəzli olduğunun bir göstəricisidir. İndi siz deyin, Cənab Prezidentin təltif etdiyi, vəzifəsində irəli çəkilən, 220 saylı məktəbi birincilər sırasına çıxaran məktəb direktoruna və direktor müavinlərinə haqq qazandırılmalıdır, yoxsa şər-böhtan atan qrup, təriqətçi mövqedə çıxış edən mütəşəkkil dəstə üzvlərinə?!
Araşdırmanın nəticələrinə baxanda, araşdırmanın necə aparıldığı bəlli olur. Məktəbdə ibtidai tədris üzrə 40 sinif var. Bu say çox az məktəbdə var. Siniflərin çoxunda isə 30-a yaxın şagird təhsil alır. Bu çoxluğun nəticəsi, keçmiş məktəbin direktoru, direktor müavinləri və müəllimlərin əməyinin nəticəsidir. Respublikada tanınmış, sayı və nüfuzu bəlli olan belə bir məktəbi mütəşəkkil bir dəstə ələ keçirmək üçün planlar qurdu, amma məqsədlərinə sona qədər çata bilmədi, çünki qarşılarına təsadüfən mən çıxdım.
Sizdən xahiş edirəm, son iki il ərzində çıxarılan məktəb direktorlarının , direktor müavinlərinin sayının və həmin məktəblərin keçmiş direktorların vaxtındakı göstəricilərini və həmin məktəblərə təyin olunan yeni direktor sayını və onların dövründə məktəblərin yeni göstəricilərini və eyni zamanda Daxili Tədqiqat İdarəsinin məktəblərdə apardığı yoxlamalar nəticəsində öz ərizələri ilə işdən çıxarılan direktor və direktor müavinlərinin siyahısının və sayının, onların yerinə kimlərin təyin olunduğunun və öncədən harada oxuduqlarının və işlədiklərinin statistikasını mətbuata açıqlayasınız. O zaman bu mütəşəkkil dəstənin əməllərindən həm siz, həm də cəmiyyətimiz xəbər tutacaq. Siz təhsilimizi bu təriqətçi şəxslərdən azad etməyənə qədər bizim təhsilimizi və dövlətimizi gələcəkdə böyük təhlükələr gözləyəcək.

Cənab Təhsil naziri Ceyhun Bayramov, xahiş edirik vaxtınız olanda, sizə göndərdiyimiz məktublara cavab verin (düşünürəm ki, ətrafınızda olan bəzi şəxslər sizə yalan informasiya verir, Məhəbbət xanımın qəbulunda olanda bunun şahidi oldum, bəzi adamlar şəxsi maraqlarını öndə tutaraq rəhbərliyə düzgün məlumat çatdırmırlar, doğruları gizlədirlər). Sizə göndərdiyim məktublarda 220 saylı məktəb direktoru əvəzi Tural Mirzəliyevin yığdığı pulların siyahısı var, o, bu pulları hansı əsasla yığır və pullar kimin cibinə gedir və hansı hesaba keçirilir? Yenidən yığılan pulların bir qisminin siyahısını sizə təqdim edirəm və səs yazısına da qulaq asın, 220 saylı məktəbin direktor əvəzi pul yığımının Gülşənə ödənilməsi tapşırığını verir. (səs yazısı var)

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Təriqətçi, FETÖ-çü, sapıq 220 saylı məktəbin direktor əvəzi Tural Mirzəliyevin və BŞTİ – mütəşəkkil, təriqətçi dəstənin məktəblərdə yaratdığı yeni model nədir?!

Gözə kül üfürmək üçün ildə iki bayramda imkanlı valideynlərin uşaqlarına təhsil verən müəllimələrə aldıqları kiçik bayram hədiyyələrinin verilməsini qadağan etmək, əvəzində uşaqlara dərs keçən müəllimlərin dərsdən sonra dərs keçdiyi uşaqlara ödənişli hazırlıq keçməsini məktəbdə təmin etmək və həmin hazırlıq pulundan direktor əvəzinə hər uşaq sayına görə 10 manat pul yığmaq.

Valideynlərdən dolayısı yolla, yəni müəllimlərin əli ilə yeni metodla görün necə pul yığılır. Direktor əvəzi uşaqların hazırlığa daha çox qalmasını təmin etmək üçün tez-tez monitorinq keçirir, testləri “başqa”, yəni özünə yaxın olan müəllimlərinə yoxladır, uşaqların qəsd ilə, düşünülmüş, məqsədli olaraq balları aşağı qiymətləndirilir və valideynlər məcbur olub uşaqlarını məktəbdə dərs deyən müəllimələrinin yanına dərsdən sonra hazırlığa göndərirlər. Öncə müəllimlər dərslərdə geridə qalmış bir neçə uşağa dərsdən sonra əlavə hazırlıq keçib öz zəhmətləri ilə əlavə gəlir əldə edir və sinfin zəruri problemlərini həll edirdilər. Hər müəllimdə uşaq sayı 3-4 nəfər olurdu, Tural direktor əvəzi gələndən hazırlığa gələn uşaqların sayı orta hesabla hər müəllimdə 20 nəfərə çatıb. Direktor əvəzinin bu işdə nə marağı, əziyyəti var və bu işdə niyə iştirak etməlidir?! Müəllimin əziyyətlə qazandığı pula niyə direktor əvəzi şərik olur?! Uşaq dərs aldığı müəllimin yanına məktəbdə dərsdən sonra qalıb hazırlıq keçməsini direktor əvəzi məqsədli təşkil edirsə, həm də ödənişli, onda dövlətin təhsilə ayırdığı pulu kimlər göyə sovurur?! Belə modeli tətbiq edən direktor əvəzi dövlətə və onun təhsilinə qarşı çıxır, ya çıxmır?! Direktor təhsilin keyfiyyətini qaldırmaq əvəzinə hazırlığa gələn uşaqların sayını çoxaltmaqla məşğuldur, yeni sistem ve model budurmu?! Belə sistem quran məktəb direktorunun aylıq gəliri 10000 manata yaxındır!
FETÖ-çü məktəb direktorlarının məqsədi nədir? Biz bu təhsil siyasətinin bəlalarını və ağır nəticələrini Türkiyə dövlətinin timsalında görmüşük. Hesab edirəm ki, artıq başqa bir sözə ehtiyac yoxdur.

Cənab Nazir, ən ağrıdıcı, qorxulu olanı, çəkilməz olanı bilirsiniz nədir? Bu mütəşəkkil dəstə (müraciət olunan) baş verən hadisəni aidiyyəti üzrə yoxlamaq əvəzinə, mövcud baş verən hadisənin üstünü ört-basdır etmək üçün, yoxlanmış keçmiş illəri ümumi yoxlama adı ilə yenidən yoxlayıb kollektivi üz-üzə qoyur, 20 il bir-birinə doğma olan, bir-birinin xeyir-şərində iştirak edən insanları düşmənə çevirir, bir-birinə qarşı şəxsi qisasçılıq hissi yaradırlar. Cəmiyyəti içəridən parçalayırlar. “Heç kim bizim təyin etdiyimiz direktora qarşı haqlı olaraq da qarşı çıxa bilməz” rəyini yaratmaq üçün başqalarına göz dağı olsun deyə kollektivi bir insana qarşı şər-böhtan atmağa məcbur edirlər, içlərində az da olsa, sona qədər öz ləyaqətini qoruyub şər-böhtana etiraz edənlər də olur.
Sizdən xahiş edirik, siz bu mütəşəkkil dəstənin kollektivi bir-birinin üzünə durdurmaq metodlarına imkan verməyin, bu hamı üçün böyük təhlükələr yaradır, ümumi düşmənə qarşı bir yerdə mübarizə aparmaq üçün ən vacib olan birliyimizə zərbə vurur. Baş verənlərin şahidi olub bu gün düşmən qarşısında dayanan əsgərin gözü arxada qalır, geridə qalan doğmalarından nigaran qalır. Bunu edənlərin üzünə demişəm bu sözləri, “Sizin də evinizdə doğmalarınız var, etdiyiniz bu hərəkətlər sabah onlar üçün böyük fəlakətlər yaradacaq, siz olmayan yerdə ani baş verən bir hadisə vaxtı onları heç kim qorumayacaq, çünki vəzifənizdən istifadə edib ləyaqətli insanlar yetişdirmək əvəzinə olan-qalanı da məhv edirsiniz, şər-böhtan atanlar sürüsü yaradırsınız, belə insanlar ilə hara qədər getmək olar, ümumi düşmənə pas verirsiniz, sabah düşmən qapınızın ağzını kəsdirəcək”.
Biz direktorun cavan qadın müəllimələrə qarşı etdiyi qeyri-etik hərəkətə qarşı da etiraz etmişik, qeyri-qanuni pul yığımına qarşı çıxmışıq, “yoxlama” bunları araşdırmaq əvəzinə uğurlu illəri yoxlayır.
Sonra bu FETÖ-çü direktor əvəzini müdafiə edən təriqətçi dəstə sosial şəbəkələrdə Tural Mirzəliyevin əxlaqsız əməllərinin üst-başını örtmək üçün dəstə başçılarından əmr alıb “Mənim təhsil nazirim” adlı kampaniya başlatdılar. Guya bu sapıq Nazir postuna ən layiqli namizəddir!

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Sizə Daxili Tədqiqat İdarəsinin araşdırmasından bir fakt gətirəcəyəm – 5 müəllimə məcburi yazdırılıb ki, “Biz sinif götürmək üçün direktor müavininə 500 manat pul vermişik”. BŞPİ-də araşdırmaçı Nazim müəllimə sual verdim ki, burada cinayət əməli var, göndərin bu məsələni prokurorluq orqanları yoxlasın (videoçəkiliş aparılırdı, onlarda var). Göndərmədilər, işdən çıxarılma əmrində isə bu haqda heç nə yazılmamışdı. Və məhkəmədə BŞTİ nümayəndələri bu haqda bir kəlmə də danışmadılar. Suallarımıza cavab verə bilmədilər. Çünki bu izahatlar məcburi alınıb.
İndi sizə sual edirəm, bu hal baş veribsə, müəllimlər lap könüllü bu izahatı yazıblarsa, rüşvət verib sinif götürüblərsə, onlar məktəbdə müəllim kimi bu günə qədər işlərini necə davam etdirirlər?! Niyə rüşvət verib sinif götürdükləri üçün işdən çıxarılmayıblar? Çünki onlar işdən çıxarılsalar, həqiqətləri söyləyəcəklər, necə ki, onlardan izahat alan Yaqut xanım özü bunları mənə söylədi, “Mən əmr quluyam, dedilər belə izahat al, aldım, müəllimlərin işində nöqsanlar tapdım, onlar da məcbur qalıb yazdılar, sən bilmirsən bunlar mən direktor işləyəndə başıma hansı oyunları açıblar, bunlar qorxulu adamlardı, bunlara baş qoşmayın, nə deyirlər edin, ərizə yazın işdən çıxın”.

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Sonra müəllimlərin watsapp-la qrup yazışmalarında Mətanət müəllimənin və məktəbin psixoloqu Gülbənizin işlətdiyi ifadələri məcbur olub yenidən nəzərinizə çatdırıram.

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Tanınan aktyor təhsil nazirinə müraciət etdi:

Belə səviyyəsiz ifadələri işlədən müəlliməni və psixoloqu işdə necə saxlayırsınız?! Belə direktor haqda belə ifadə işlədən müəllimdən uşaqlar hansı tərbiyəni götürə bilər?! Nəzərinizə çatdırım ki, Tural Mirzəliyev bu şəxsləri öyrədib bizə böhtan atdırır. Yəqin ki, hər şey aydındır, Tural ancaq öz səviyyəsində olan insanlar ilə iş birliyindədir. Əlavə sözə yer qalmır artıq…
Məktəbdə yoxlama gününün bitməsi və qələbəsini yumaq üçün Tural Mirzəliyev bir qrup məktəb direktoru ilə 8-ci km-də yerləşən pabların birində kef məclisi qurub gecə saat 12-nin yarısı küçədə müəllim etikasına yaraşmayan kefli halda etdikləri hərəkətlər sosial şəbəkələrdə yayılıb. Xahiş edirik, həmin videoya baxın və münasibət bildirin!

Cənab Təhsil Naziri, nəzərinizə çatdırım ki, məhkəmənin növbəti mərhələsində direktor əvəzi Tural Mirzəliyevə və məktəbin həmkarlar ittifaqının sədri Nahidə Hüseynovaya qarşı yeni iddiamızı təqdim edəcəyik, çünki onlar pedoqoji şuranın növbəti iclasının keçirilməsi adı ilə müəllimlərə imza atdırıblar, amma İctimaiyyətə Müraciət başlığı ilə bizə şər-böhtan, təhqiredici mətn yerləşdirib Yeni Avaz saytına təqdim ediblər. Müəllimləri aldatdıqları və bu qanunsuz, əxlaqsız addıma müəllimləri təhrik etdikləri üçün məhkəmədə tezliklə cavab verəcəklər! 40-a yaxın müəllim aldadıldıqlarını özləri etiraf edərək bildiriblər ki, başlıqdan xəbərləri olmayıb, bu haqda mesaj yazışmaları var, məhkəməyə təqdim edəcəyik.

Bir daha sizin və şəxsən məni tanıyanların nəzərinə çatdırıram ki, Tural Mirzəliyev haqqımızda məktəbdə və sosial şəbəkələrdə işlətdiyi qeyri-etik ifadələrə və səlahiyyətindən istifadə edib bəzi müəllimləri və valideynləri məcburiyyət qarşısında qoyaraq bizə şər-böhtan atdırdığına, qadınların arxasında gizlənib onlara bizi təhqir etdirdiyinə görə həm məhkəmədə, həm də Allah və bəndə qarşısında çox ağır bədəl ödəyəcək! Buna hamı şahid olacaq!”

VIPedu.BIZ

Həmçinin oxuyun

Ermənilərin aldatdığı yazıçı azərbaycanlı baş redaktoru niyə İraq prezidenti ilə görüşdürdü?

“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman İraq Prezidentinin dəvətilə həmin ölkədə  bir neçə günlük səfərdə …