Məlum olduğu kimi, Türkiyənin tanınmış xanım siyasətçisi Meral Akşener “İYİ” adlı yeni partiyanın yarandığını elan edib və təsis toplantısında həmin siyasi təsisatın rəhbəri seçilib. Böyük harizmaya və siyasi gücə malik olan xanım siyasətçinin yeni partiyasına seçdiyi ad xüsusilə diqqəti çəkir. Azinforum.az bu yöndə apardığı araşdırma nəticəsində müəyyən edib ki, “İYİ” yalnız söz deyil, eyni zamanda Anadoluya ilk köç edən “Qayı” adlı boyun (tayfa-red) damğasıdır. Bunun üçün sözügedən simvola diqqət etmək kifayətdir.
Qayı kəlməsi – “möhkəm, qüvvət və qüdrət sahibi” deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz Xan oğlu Gün Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Bu səbəblə Qayı boyu Oğuz boyları arasında ilk sırada göstərilməkdədir. Dədə Qorqud da əsərində gələcəkdə xanlığın ýeri, Qayıya dönəcəyini bildirərək Osmanlılara xəbər vermişdi.
Qayılar Səlcuqlularla birlikdə fəth sırasında və daha sonraları Anadoluya yerləşdilər. Osmanlı dövlətinin quruluşunda nüvə rolunu oynadılar. Osmanlılar zamanında Rumelinin fəthi və məskunlaşmasına qatıldılar.
Sultan İkinci Murad soyunun bu boya mənsubiyyətini göstərmək üçün sikkələrinə Qayı boyuna aid iki ox və bir yaydan təşkil olunmuş simvolu qoydurmuşdu. Sonrakı padşahların buraxdırdıqları sikkələrdə görulməyən Qayı damğasının Qanuniyə qədər çeşidli əşya və silahlar üzərinə qoyulmasına davam edilmişdir.
Belə nəticəyə gəlinir ki, “İYİ” eyni zamanda dərin kökə qayıdış mənasını simvolizə edir.
Rövşən ƏLİ
Azinforum.az