24 İyun 2017, Şənbə

MAHALIM DƏRƏLƏYƏZ – VƏLİ QOVUŞUQLUNUN ŞEİRİ

23:30 | 19.06.2017
445 dəfə oxundu

Qeyrətli oğullar, ismətli qızlar
Yetişib qoynunda, ay Dərələyəz
Xınalı kəkliklər səs-səsə verər,
Axar yamaclardan çay, Dərələyəz

                       *****
İnsanları təmiz, Arpacay sərin
Dörd yanı yamyaşıl, bağ, Dərələyəz
O “Qilbə” bulağı yada düşəndə
Hərlənir başıma dağ, Dərələyəz

 

 

 

                       *****
Dərən də gözəldir, təpən də gözəl
Şır-şır bulaqlı bir mahal, Dərələyəz
Lacın qayalardakı qartal səsini
Yadıma bir daha sal, Dərələyəz

                       *****
Meşən də gözəldir, dağın da gözəl
Yığılar üstünə, el Dərələyəz
Qırxbulaq yaylağı, Çınqıllı yurdu
Dolanar min incə bel, Dərələyəz

                       *****
Səlimölən, Bətdərə, bir də Soğanlı
Məşhurdu hər yerdə, can Dərələyəz
Qoynunda yaşayıb yaxşı-yaman da
Təbibsən, havası dərman, Dərələyəz

                      *****
Laləli, nərgizli, güllü çöllərin
Dillərdə əzbərdi, ay Dərələyəz
Düzülüb yan-yana sərin bulaqlar
İçən şəfa tapar, ay Dərələyəz

                      *****
Vəli də hüsnünə şeirlər yazdı
Yaxşıdan- yamandan, ay Dərələyəz
Füsünkar sinəmdə yuxuya daldım
Körpə balan kimi, ay Dərələyəz.

Vəli QOVUŞUQLU
(Əliyev Vəli Sarı oğlu. Tel: 051-798-90-28)