Ziya Məmmədovun qardaşı oğlunun zərərçəkmiş olduğu işlə bağlı DİN-ə soğru göndərilib

Ziya Məmmədovun qardaşı oğlunun şikayətçi olduğu şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən tanınmış idmançı, K-1 döyüş növü üzrə məşqçi Rövşən Heybətovun məhkəməsi davam edib.

İşə hakim Azər Paşayevin sədrliyi ilə baxılıb.

Qeyd edək ki, iş üzrə zərərçəkmiş şəxs sabiq nazir Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədovun oğlu Elnur Məmmədovdur.

Prosesdə Daxili İşlər Nazirliyinə göndərilən sorğuya cavab verilmədiyi bildirilib.

Belə ki, məhkəmə ötən iclasda ifadə verən, “ZaminBank”ın Müşahidə Şurasının sədri Nadir İsmayılov barəsində aparılan araşdırmanın nəticəsi haqda məlumat verilməsi haqda nazirliyə sorğu göndərib. Araşdırma isə E.Məmmədov və R.Heybətovun N.İsmayılovun köməkliyi ilə Türkiyəyə pul köçürməsi ilə bağlı olub.

Məhkəmə prosesi aprelin 20-də davam etdiriləcək.

Qeyd edək ki, məlumata görə sabiq deputatın oğlu Bakı şəhər Baş Polis İdarəsinə müraciət edərək, Rövşən Heybətovun onun etibarından sui-istifadə edərək 100 min manat pulunu dələduzluq yolu ilə mənimsədiyini bildirib.

Rövşən Heybətov saxlanılaraq barəsində həbs qətimkan tədbiri seçilib və 5 ay həbsdə qalıb. Daha sonra isə ev dustaqlığına buraxılıb.

Sabiq deputatın oğlu E.Məmmədov R.Heybətova 100 min manat verdiyini və Türkiyədə iş görmək üçün yola saldığını deyib.

Rövşən Heybətov isə Türkiyədə avtomobil qəzasına düşüb və xəstəxanaya yerləşdirilib. Həmin zaman isə pulun üzərində olmadığını görüb. E.Məmmədov isə buna inanmayaraq R.Heybətovdan şikayətçi olub. İstintaqda Elnur Məmmədov məbləğin 210 min olduğunu deyin. Rövşən Heybətov isə 150 min ödədiyini deyir.

Qeyd edək ki, Elnur Məmmədov “Best of the Best” promoşn qrupunun prezidenti olmaqla yanaşı, həmçinin, K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi olub.

 

Загрузка...