Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Yerevanda xəstəxanada partlayış

Yerevanda xəstəxanada partlayış

Yerevanda yerləşən “Surb Qriqor Lusavoriç” tibb mərkəzində partlayış olub. Bir az əvvəl baş verən partlayış nəticəsində bir nəfər ölüb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ölən şəxs tibb mərkəzinin 31 yaşlı əməkdaşıdır. Hadisə yerinə polis və istintaq orqanlarının nümayəndələri, həmçinin yanğınsöndürən maşınlar cəlb edilib.

İlkin ehtimala görə, insidentə tezalışan “oksigen” kimyəvi qazının partlaması səbəb olub. Partlayışın baş verdiyi əraziyə baxış keçirən polis hadisənin dəqiq səbbələrini və ölənin kimliyini müəyyənləşdirməyə çalışır.

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …