Bazar , Yanvar 20 2019
Ana səhifə / Kriminal / Yerevanda deputatlar arasında əlbəyaxa dava düşdü

Yerevanda deputatlar arasında əlbəyaxa dava düşdü

Yerevanda Ağsaqqallar Şurasının (şəhər şurası) iclasında deputatların əlbəyaxa davası baş verib.

Trend-in məlumatına görə, davaya səbəb müxalif “Yerkir tsirani” partiyasının qaldırdığı məsələ olub.

Qeyd olunur ki, iclas zamanı sakinlərin üfunət qoxusunun yayılması ilə bağlı şikayəti müzakirə olunub. Müxalifətçilər isə həmin bölgədən çirkab suların doldurulduğu bankanı iclasa keçirməyə və onu Yerevanın meri Taron Marqaryana təqdim etməyə çalışıblar.

Nəticədə deputatlar arasında dava başlayıb. Davada qadınlar da iştirak edib.

Hadisə ilə əlaqədar iclasın işi yarımçıq dayandırılıb.

VIPedu.BIZ

Həmçinin oxuyun

Ucarda qaçırılan 16 yaşlı qızın məsələsi hələ də çözülməyib – VİDEO

Ucarda qaçırılan 16 yaşlı qızın ailəsinə ev və avtomobil təklif edilir. Azinforum.az ölkə.az-a istinadən xəbər …