Cümə axşamı , Noyabr 15 2018
Ana səhifə / Kriminal / “Yaşamağıma peşmanam” – Narkotik becərən xəstə iş başında tutuldu – VİDEO

“Yaşamağıma peşmanam” – Narkotik becərən xəstə iş başında tutuldu – VİDEO

Balakəndən gəlib Qaxda narkotik əkdi, ancaq arzusuna çatmadı, yaxalandı.

Qax RPŞ əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Balakən rayon sakini Bəhruz Layıcov saxlanılıb.

Ətrafında aparılan araşdırma nəticəsində Bəhruz Layıcov tərəfindən rayonun Güllük kəndinin meşə zolağında kultivasiya yolu ilə yetişdirilən 152 ədəd çətənə kolu və ümumi çəkisi 303 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. 54 yaşlı Bəhruz Layıcov narkotik istifadəçisi olduğunu və yetişdirdikdən sonra əldə edəcəyi gəlirlə ayağını əməliyyat etdirmək istədiyini söyləyib.

Bəhruz Layıcov – Saxlanılan şəxs: “Ayağım operasiya olunmalıdır. Özüm də çəkəniyəm. Elə yığmağa başlamışdım, tutdular. Yaşamağıma peşmanam”.

Faktla bağlı Qax RPŞ-nın İstintaq bölməsində araşdırma aparılır.

 

VIPedu.BIZ

Həmçinin oxuyun

“Gəlinin qızıllarını satıb xərçəng xəstəsi oğluma dərman almışdım, yandı…”

Xəbər verildiyi kimi ötən gün Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində Ramiz Aboyev adına mədəniyyət və istirahət …