Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / “Yarışa çıxan” BakuBus-un 3 avtobusu TOQQUŞDU – VİDEO

“Yarışa çıxan” BakuBus-un 3 avtobusu TOQQUŞDU – VİDEO

Gecə Bakıda 4 avtomobilin iştirakı ilə yol qəzası baş verib.
Unikal.org xəbər verir ki, hadisə şahidlərinin Avtosfer-az-a verdiyi məlumata görə, Zığ qəsəbəsi ərazisində Bakı Nəqliyyat Agentliyinə məxsus Baku Bus MMC-nin 3 avtobusu toqquşub. Bildirilir ki, qəzaya səbəb eyni marşrut üzrə hərəkət edən avtobusun sürücülərinin yarışa çıxıb dayanacağa tez çatmağa çalışması olub. Avtobuslar toqquşandan sonra onlardan biri hərəkətdə olan “Mercedes” markalı minik maşınına dəyib. Avtubuslarin arxa, ön və yan hissələri əzilib, hər üçünə ciddi ziyan dəyib. Xəsarət alan olmayıb.

 

Həmçinin oxuyun

İrandan gətirilən 6 kiloqram narkotik maddə Bakı gömrüyündən necə keçirilib?-Video

Jurnalist Samir Feyruzov öz sosial şəbəkə hesabında ölkədə fəaliyyət göstərən bəzi karqo şirkətlərinin artıq narkotrafiklə …