Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Vergi verməyən müğənnilər cəzalandırılır – VİDEO

Vergi verməyən müğənnilər cəzalandırılır – VİDEO

Vergi verməyən müğənnilər cəzalandırılır. Artıq xeyli müğənni cərimə ödəyib. Vergilər Nazirliyindən bildirilib ki, şou-biznes nümayəndələrinin vergidən yayınması davam edərsə, daha sərt tədbirlər görüləcək.

2004-cü ildən vergi ödəyicisi olduğunu deyən Əlikram Bayramov cərimə məbləği ilə razılaşmır, gəlirlərinə mütənasib olmadığını bildirir.
Manaf Ağayev isə vergi vermədiyinə görə 2500 manat cərimə ödəyib. Əməkdar artist Almaz Ələsgərli 3 min, müğənni Səidə Sultan 35 min min manat, Nura Suri isə 1000 manat məbləğində cərimələnib. Cərimələnənlər arasında Ədalət Şükürov, Ayaz Qasımov, Elçin Cəfərov da var.
Vergilər Nazirliyindən “Xəzər Xəbər”ə verilən məlumata görə, hazırda şou-biznes sahəsində çalışan 3 minə yaxın şəxs vergi ödəyicisi kimi qeydiyyatdadır. Onların 2942-nin bəyannamələrində uyğunsuzluq aşkarlanıb və artıq mindən artıq şou-biznes nümayəndəsinə ümumilikdə 749 min manat əlavə vergi hesablanıb.
Nazirlikdən bildirilir ki, bundan sonra vergidən yayınan müğənnilərə qarşı cəza tədbirləri sərtləşdiriləcək. Onların əmlakı siyahıya alınacaq, avtomobillərinə həbs qoyulacaq, ölkədən çıxmaları qadağan ediləcək. Borcu 2 min manatdan artıq olanlara isə cinayət işi açılacaq. Həmin şəxslərin siyahısı yaxın günlərdə nazirlik tərəfindən elan olunacaq.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın