Çərşənbə , Yanvar 16 2019
Ana səhifə / Kriminal / Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş…

Ukraynada öldürülən tələbə qızlar türk yox, azərbaycanlı imiş…

Ukraynanın Xarkov şəhərində Türkiyə vətəndaşları olan və meyitləri tapılan qızların azərbaycanlı olduqları bildirilir.

“Report” xatırladır ki, Xarkovdakı universitetlərdən birində təhsil alan ikinci kurs tələbələri Zeynəb və Buketin meyitləri müvəqqəti yaşadıqları evdə tapılıb.

Polis ilkin baxışda meyitlərin üzərində zərbə izləri aşkar edib. Hazırda araşdırma aparılır.

Məlumata görə, qızlar əslən Azərbaycanın Yevlax rayonundan olsalar da, Türkiyənin İğdır vilayətinin sakinləri olublar.

Qeyd edək ki, son illər Ukraynada bir neçə azərbaycanlı güllələnib, 20-dən çox azərbaycanlının isə oğurlanması faktı qeydə alınıb…

*   *   *16:00

Ukraynanın Xarkov şəhərində boğazları kəsilən Türk tələbələrlə bağlı yeni detallar ortaya çıxıb.

Aznews.az xəbər verir ki, tibb fakültəsində oxuyan 22 yaşlı Buket Kim və 20 yaşlı Zeynep Hüsünbeyindən dostları 3 gün xəbər ala bilməyib.

Bunun ardından 19 yaşlı oğlan polisə zəng edərək dostlarından 3 gündür xəbər almadığını bildirib.

Polisin sözçüsü Olga Grabar məlumatın onlara saat 09:30 radələrində gəldiyini bildirib.

Polis izmirli qızların yaşadığı evə gələndə onları bıçaqlanmış və boğazları kəsilmiş halda tapıb.

Ukrayna mediasında çıxan xəbərlərə görə, tələbələrdən biri hadisədən öncə ailəsinə Türk vətəndaşı olan keçmiş sevgilisinin onu izlədiyini deyib.

Cəsədlərin tapıldığı kirayə evin sahibinin isə qurbanlardan birinin keçmiş sevgilisi olduğu iddiası irəli sürülüb.

Amma bir başqa iddia ev sahibinin ərəb olmasıdır. Abdel Taysir el Madaninin anası bir neçə həftə əvvəl eyni binadakı başqa bir mənzildə vəhşicəsinə öldürülüb.

Polis kimliyi hələ açıqlanmayan ev sahibinin ifadəsini almağı düşünür.

VIPedu.BIZ

Həmçinin oxuyun

Rüfət Aslanlı üçün “qəfəs” hazırlığı

Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının adı ətrafında başlamış qalmaqal artıq …