Ana səhifə / Kriminal / Üç bazar əhvalatı və ya polislər necə çeçen “oğru”nu Lotu Qulidən xilas etdilər

Üç bazar əhvalatı və ya polislər necə çeçen “oğru”nu Lotu Qulidən xilas etdilər

Yeni il ğncəsi Moskvada hüquq-mühafizə orqanları qanuni oğrular Nadir Səlifovla (Lotu Quli) Əziz Batukayevin qruplaşmaları arasında qanlı toqquşmanın qarşısını alıblar.

Bu barədə Sputnik Azərbaycan “Primecrime”-a istinadən məlumat verir.

Məlumata əsasən, kriminal avtoritetlər Moskvanın 3 bazarını bölüşdürə bilməyiblər və toqquşmanın səbəbi də bu olub. Belə ki, Əziz Lotu Quliyə məxsus bazarları ələ keçirmək istəyib. Lotu Quli 700-dək döyüşçü toplayıb və bundan sonra Əzizdən görüşmək və söhbəti dar çərçivədə həll etmək təklifini alıb.

Lakin təyin edilmiş görüşün baş tutmasına polislər mane olublar.

Primecrime bildirir ki, Quli və Əziz arasında bu məsələ ilə əlaqədar baş tutmuş telefon danışığında tərəflərin nümayiş etdirdikləri danışıq tonu baş tutmamış görüşün heç də sakit keçməyəcəyini göstərirmiş.

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …