Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Türkiyədə azərbaycanlını maşınla vurub öldürən sürücü azadlığa buraxıldı

Türkiyədə azərbaycanlını maşınla vurub öldürən sürücü azadlığa buraxıldı

Türkiyənin Alanya bölgəsinin Kestel məhəlləsində avtomobil Azərbaycan əsilli Türkiyə vətəndaşı Mətləb İmaməlini vurub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, ağır xəsarət alan 54 yaşlı azərbaycanlı Alaaddin Keykubat Universitetinin xəstəxanasına aparılıb.

Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qəzadan sonra 34 yaşlı sürücü Mehmet U. saxlanılıb. O, hakim qarşısına çıxarılıb və məhkəmənin qərarına əsasən, azadlığa buraxılıb.

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …