Cümə axşamı , Dekabr 13 2018
Ana səhifə / Kriminal / “Türkiyədən geridəyik, ciddi addım atmalıyıq” – Nazir müavini

“Türkiyədən geridəyik, ciddi addım atmalıyıq” – Nazir müavini

2016-cı il ərzində Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 mlrd. 10 mln. manat vəsait köçürülməlidir.

Bunu vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib. Onun sözlərinə görə, gələn il Vergilər Nazirliyinin xətti ilə büdcəyə 7 mlrd. 510 mln. manat vəsaitin daxil olması nəzərdə tutulur. Büdcəyə daxilolmaların artması vergi qanunvericiliyində dəyişikliyi zəruri edir: “Vergi daxilolmalarının həcmində ümumi artım var. Amma səyyar vergi yoxlamalarının nəticəsi göstərir ki, hesablanmış və dövlət büdcəsinə ödənilən vergi daxil olmalarında azalma var. Artım digər sahələrdə vergi mühitinin yaxşılaşması və vergi bazasının genişlənməsi hesabınadır. Ölkə prezidentinin göstərişi belədir ki, cari büdcə xərcləri vergi və gömrük daxilolmaları hesabına qarşılanmalıdır. Düzdür, buna tam nail ola bilməmişik, amma bu yöndə işlər gedir. Dövlət Neft Fondundan olan ayrılmalar isə əsasən investisya layihələrinə yönəldilməsi qarşıya məqsəd kimi qoyulub”.

Sahib Ələkbərov əlavə edib ki, Azərbaycan nağdsız ödənişlərin həcminə görə Türkiyə, MDB ölkələrindən geridədir: “Hətta Belarusda bu 36 faizdir. Amma Azərbaycanda bu 11 faizdir. Bu sahədə ciddi dəyişikliklər etməliyik və necəki bu istiqamətlərdə artıq addımlar atılır. Dünya bazarında neftin ucuzlaşması səbəbindən gəlirlər azalıb. Buna baxmayaraq əhalinin sosial müdafiəsi gücləndirilməlidir. Büdcə daxilolmalarının təmin olunmasında vergi orqanlarının da üzərinə böyük vəzifə düşür”.

VIPedu.BIZ

Həmçinin oxuyun

Tanınmış modelyerin əmlakını oğurlayanların məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sahibkar, modelyer Leyla Əhmədovanın icarə əsasında işlətdiyi obyektdən oğurluq …

Bir cavab yazın