Ana səhifə / Kriminal / Tovuzda qonşusunu zorlamağa cəhd edən şəxsi döydülər — TƏFƏRRÜAT

Tovuzda qonşusunu zorlamağa cəhd edən şəxsi döydülər — TƏFƏRRÜAT

Gəncə Ağır Cinayətlər Məhkəməsində həmkəndlisi olan qadını zorlayan 26 yaşlı oğlanın məhkəmə prosesi başlayır.
“Ölkə.Az”ın xəbərinə görə, cinayət məcəlləsinin 149.1-ci maddəsi ilə təqsirli bilinən Məmmədov Eldəniz Şəmil oğlunun məhkəmə prosesinin hazırlıq iclası iyun ayının 14-də hakim Zabil Qasımovun sədrliyi ilə keçiriləcək.

İttiham aktına görə, hadisə ötən ilin dekabr ayında rayonun Dönük Qırıqlı kəndində baş verib. Kənd sakini, 1992-ci il təvəllüdlü Məmmədov Eldəniz Şəmil oğlu həmkəndlisi olan Əliyeva Xatirə İslam qızını zorlamağa cəhd edib. Qadının yaxınları hadisədən xəbər tutub və E.Məmmədovu yaxalayıb.
E.Məmmədov bir neçə nəfər tərəfindən döyülüb. O, Tovuz rayon Polis Şöbəsinə təhvil verilib.

E.Məmmədov polis nəzarəti altında tibbi müayinə olunub. Məlum olub ki, E.Məmmədovun burnu sındırılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma) maddəsi ilə cinayət işi başlanılıb və E.Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Həmçinin oxuyun

Taleh Qaraşovun qardaşı oğluna 10 il həbs cəzası verildi

Kürdəmirdə atasını ov tüfəngi ilə öldürməkdə ittiham edilən Azay Qaraşovun cinayət işi üzrə məhkəmə araşdırması …