Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Kriminal / Tikinti materialları bazarında qiymətlər qalxdı – VİDEO

Tikinti materialları bazarında qiymətlər qalxdı – VİDEO

Dolların bahalaşması tikinti materialları bazarına da təsir edib.

Tikinti materiallarının qiymətində bahalaşma müşahidə edilir. Satıcılar deyirlər ki, əvvəlki illərin payız-qış ayları ilə müqayisədə bazara gələn müştərilərin sayı da azalıb. Səbəb elə qiymətlərin bahalaşmasıdır.

Dərnəgüldəki tikinti materialları bazarında alıcıdan çox satıcıları görmək mümkündür. Satıcılar deyirlər ki, durğunluğun səbəbi dolların bahalaşması fonunda tikinti materiallarının da qiymətinin qalxmasıdır.

O ki qaldı qiymətlərə, bəzi tikinti materialları 4-5 qəpik, bəziləri isə 6-7 manata qədər bahalaşıb. Ancaq qiyməti dəyişməyən materiallar da var.

Taxta və armaturların qiyməti isə yerli və xarıcı istehsal olmasına görə fərqlidir.

Mismar və tamet daşların da qiymətində dəyişiklik var.

Satıcılar deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olacaq. Onlar, yeni ildən vəziyyətin düzələcəyinə ümid edirlər.

Həmçinin oxuyun

“Hər ay 2300 maaş, 15 min manat paket alırdım” – Sabiq nazirdən ETİRAF

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və …

Bir cavab yazın