Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Televizor pultu üstündə qardaşını öldürənə 17 il həbs verildi

Televizor pultu üstündə qardaşını öldürənə 17 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində televizora baxmağa görə qardaşını öldürməkdə təqdirləndirilən Əli Əliyevə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə Ə. Əliyev 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Binəqədi rayonu, 9-cu mikrorayonda yaşayan 1990-cı il təvəllüdlü Ə.Əliyev evdə televizor pultu üstündə qardaşı 1983-cü il təvəllüdlü Murad Əliyevlə mübahisə edib. Daha sonra qardaşlar əlbəyaxa olublar. Bu zaman mətbəxdən bıçaq götürən Əli qardaşını vuraraq evdən qaçıb.

M.Əliyev konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub

 

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …