Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Kriminal / Sürücüdən əxlaqsız təklif alan qadın maşından özünü atdı – Azərbaycanda ŞOK biabırçılıq

Sürücüdən əxlaqsız təklif alan qadın maşından özünü atdı – Azərbaycanda ŞOK biabırçılıq

Masallıda dəhşətli hadisə yaşanıb.

Hüquq-mühafizə orqanlarından Open.az-a verilən məlumata görə, hadisə rayonun Həsənli kəndində qeydə alınıb. Kənd sakini, 30 yaşlı Rəna Məmmədova (ad-soyad şərtidir) taksi ilə gedərkən sürücü ona əxlaqsız təklif edib. Bunu qəbul edə bilməyən qadın sürətlə hərəkətdə olan maşından özünü yerə atıb. Nəticədə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.

Qadın bir gündən sonra özünə gəlib və ona olunan əxlaqsız təklif bir daha yadına düşüb. O, yenidən intihara əl atıb. Qadın bu dəfə çoxlu sayda güclü təsiredici həbb qəbul edərək canına qəsd edib. Həkimlərin səyi nəticəsində R. Məmmədovanın həyatı xilas edilib.

Baş vermiş hadisə ilə bağlı toplanmış materiallar Masallı rayon Prokurorluğuna göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Həmçinin oxuyun

Çingizi arvadı ifşa edibmiş – Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev …