Şənbə , Aprel 20 2024
Ana səhifə / Kriminal / Sumqayıtda 16 yaşlı məktəbli qız intihar etdi

Sumqayıtda 16 yaşlı məktəbli qız intihar etdi

Sumqayıt şəhərində məktəbli qız intihar edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 2002-ci il təvəllüdlü Fatimə Yusif qızı İsmayılzadə özünü yaşadığı evdə kəndirlə asıb.

Ailəsinin verdiyi məlumata görə, 16 yaşlı Fatimə 1 il bundan əvvəl dünyasını dəyişən atasının ölümündən sonra sarsıntı keçirib. İl mərasimində atasının qəbrini ziyarət etdikdən sonra evə qayıdan F.İsmayılzadə intihar edib.

Yaxınları bildirib ki, məktəbli bir müddət öncə də intihara cəhd etmişdi. Lakin ailəsinin köməkliyi ilə ölümdən xilas edilib.

Faktla bağlı araşdırma aparılır

Həmçinin oxuyun

Talassemiyalı uşaqlar üçün toplanmış pulları ələ keçirənlərin məhkəməsi: “İşi ürək ağrısı ilə oxumuşuq”

Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış pulları ələ keçirməkdə ittiham olunan “Urmedhelp” və “My Doc …