Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Kriminal / “Sportinq” klubunun sabiq prezidenti həbs olunub

“Sportinq” klubunun sabiq prezidenti həbs olunub

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliya “Sportinq”inin sabiq prezidenti Brunu Karvalyu həbs olunub.

“Report” “A Bola” nəşrinə istinadən xəbər verir ki, 46 yaşlı klub rəhbəri bu ilin mayında azarkeşlərin komandanın bazasına etdikləri hücumun təşkilində şübhəli bilinir. Karvalyu ilə yanaşı, daha 38 nəfər saxlanılıb.

Bu ilin əvvəllərində “Sportinq”də klub prezidenti ilə futbolçular arasında qalmaqal baş verib. Bundan sonra təxminən 50 azarkeşin komandanın məşq bazasına hücumu olub. Fanatlarla davada bəzi futbolçular xəsarət alıblar. Bu hadisədən sonra 9 oyunçu klubla müqaviləsini birtərəfli qaydada pozub. Onlardan Ruy Patrisiu və Gelson Martines müvaviq olaraq, İngiltərənin “Vulverhempton” və İspaniyanın “Atletiko Madrid” klublarına transfer olunub.

Qeyd edək ki, “Sportinq” sentyabrın 20-də “Qarabağ”la Lissabonda keçirdiyi görüşdə 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar Bakıda noyabrın 29-da üz-üzə gələcəklər.

Həmçinin oxuyun

“Məhkumlar soyuq havalarda üst-üstə paltarlar geyiniblər”

Naxçıvan Muxtar Respublikası Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənovun cinayət işi üzrə növbəti …