Bazar , Fevral 17 2019
Ana səhifə / Kriminal / Serj Sarkisyanın qardaşı ölkədən qaçarkən saxlanıldı

Serj Sarkisyanın qardaşı ölkədən qaçarkən saxlanıldı

Ermənistanın sabiq prezidenti və baş naziri Serj Sarkisyanın qardaşı Aleksandr (Saşik) Sarkisyan iyulun 4-də Parisə uçmaq istəyərkən “Zvartnots” hava limanında Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.

APA-nın xəbərinə görə, bu barədə Ermənistan İctimai Televiziyası məlumat yayıb. Hadisədən sonra A. Sarkisyanın evində axtarış başlayıb. Axtarış nəticəsində xeyli pul, silah və rəsm əsəri aşkarlanaraq götürülüb.

Aleksandr Sarkisyanın oğlu Ayk da saxlanılıb. Ona qarşı 2007-ci il aprelin 1-də Yerevanda David Simonyan adlı şəxsin odlu silahdan açılan atəşlə yaralanması ilə əlaqədar ittiham irəli sürülüb. Bu fakt üzrə daha əvvəl bağlanan cinayət işi yenidən açılıb. D. Simonyana Ayk Sarksiyanın atəş açdığı bildirilir.

Aleksandr Sarkisyanın digər övladı Narek Sarkisyan isə qanunsuz silah-sursat əldə etmək, saxlamaq, eləcə də iri miqdarda narkotik saxlamaqda ittiham olunur.

Həmçinin oxuyun

Şəmkirli biznesmenlərin söz dueli səngimir – Novruz Xəlilov ittihamlara cavab verdi

REDAKSİYADAN: Bir neçə gün öncə musavat.com saytında “Milyonçularımızı Piterdə kimlər şərləyir və ruslara satır – sensasion təfərrüat” …