Cümə , Dekabr 14 2018
Ana səhifə / Kriminal / Saxta sənədlərlə Azərbaycana keçmək istədilər

Saxta sənədlərlə Azərbaycana keçmək istədilər

Son günlərdə 4 əcnəbi vətəndaşın saxta sənədlərlə Azərbaycan dövlət sərhədindən keçmək cəhdinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, iyulun 24-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Dubay-Bakı reysi ilə uçub gələn 1986-cı il təvəllüdlü Pakistan vətəndaşı Sultana Fakhara Raza Muhammadın sərhəd nəzarətinə təqdim etdiyi sənədlərin saxtalaşdırılması əlamətləri aşkarlanıb. Laboratoriya şəraitində dərinləşdirilmiş yoxlama zamanı pasportunun məlumat səhifəsinin dəyişdirilməsi, həmçinin İspaniyaya aid daimi yaşayış kartının saxta olması təsdiqlənib.

İyulun 26-da Aeroportda Bakı-Riqa reysi ilə uçmaq istəyən, özünü İspaniya Krallığının vətəndaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Mehmood Asad Rasheedin sərhəd nəzarətinə təqdim etdiyi İspaniya pasportunun saxta olmasına şübhə yaranıb və yoxlama zamanı pasportun saxtalaşdırılması təsdiqini tapıb. Araşdırma nəticəsində saxlanılmış şəxsin Pakistan vətəndaşı olması müəyyən olunub, baxış zamanı saxlanılan şəxsin üzərindən Pakistan pasportu aşkarlanıb.

İyulun 30-da Aeroportda Moskva-Bakı reysi ilə uçub gələn Özbəkistan vətəndaşı 1971-ci il təvəllüdlü Ulikova Feruzanın sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması müəyyən edilib.

Avqustun 6-da isə “Samur” dövlət sərhədindən buraxılış məntəqəsində Rusiyadan Azərbaycana gələn Özbəkistan vətəndaşı 1982-ci il təvəllüdlü Yegenmatov Avezmurat Bayramgeldıyeviçin sərhəd nəzarətinə təqdim etdiyi pasportdakı Azərbaycan dövlət sərhədinin keçilməsi barədə tarix-ştampların saxtalaşdırılması aşkar olunub.

Qeyd edilən faktlar üzrə müvafiq tədbirlər həyata keçirilir.

Murad Əhməd

VIPedu.BIZ

Həmçinin oxuyun

Qadının adına profil açıb pul tələb etdi

Sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə …