Çərşənbə axşamı , Sentyabr 25 2018
Ana səhifə / Kriminal / Şagirdlər arasında dava – Bıçaqlanan var

Şagirdlər arasında dava – Bıçaqlanan var

Qobustanda şagirdlər arasında mübahisə olub, 10-cu sinif şagirdi bıçaqlanıb.

“Report”un Şirvan bürosunun məlumatına görə, hadisə A.O.Çernyayevski adına şəhər 1 saylı tam orta məktəbin şagirdləri arasında baş verib.

Belə ki, həmin məktəbin 11-ci sinif şagirdi, Qobustan şəhər sakini Rauf Təhmiraz oğlu Ağaquliyev ilə məktəbin yaxınlığında 10-cu sinif şagirdi Vüsal Təbiət oğlu Şəhriyarov arasında mübahisə yaranıb. Mübahisə zəminində R.Ağaquliyev üstündə saxladığı bıçaqla V.Şəhriyarova 4 bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. O, polis əməkdaşları tərəfindən axtarılır.

Yaralı Qobustan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Həmçinin oxuyun

DİN və DTX Astarada birgə əməliyyat keçirdi

Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib. DİN-in mətbuat …