Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Kriminal / Sabiq baş direktor bacısı oğlunu həbs etdirib – Mülklərini geri qaytarmaq istəməyib…

Sabiq baş direktor bacısı oğlunu həbs etdirib – Mülklərini geri qaytarmaq istəməyib…

“Aztelekom” İstehsalat Birliyinin sabiq baş direktoru Məhəmməd Məmmədovun şikayəti əsasında bacısı oğlu həbs olunub.
M.Məmmədovun bacısı oğlu, İB-də köməkçisi işləmiş Qulunu həbs etdirməsinə səbəb Mingəçevir və Bakıda yerləşən mülklərini ona qaytarmaq istəməməsi olub.
Belə ki, Məhəmməd Məmmədov həbsdən azad olunduqdan sonra Quludan vaxtilə onun adına rəsmiləşdirdiyi mülklərini – Mingəçevirdəki şadlıq sarayını və Bakıda hündürmərtəbəli binada yerləşən iki mənzilini geri qaytarmağı tələb edib. Bacısı oğlu bu tələbə məhəl qoymadığından M.Məmmədov hüquq-mühafizə orqanlarına şikayət edib. Onun şikayəti əsasında Qulu saxlanılıb. O, 3 gün həbsdə qaldıqdan sonra dayısının mülklərini geri  qaytarıb.
Qeyd edək ki, “Aztelekom”un sabiq baş direktoru Məhəmməd Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı maddələri ilə 2015-ci ilin noyabr ayında həbs edilib.
2018-ci ildə şərti cəza ilə həbsdən azad olunub.(unikal.org)

Həmçinin oxuyun

Məktəb direktoru 300 min manat mənimsədi

Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​ Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. Bakı …