Cümə , Aprel 19 2024
Ana səhifə / Kriminal / Sələmçilik fəaliyyəti qanunlaşa bilərmi? – Ekspert

Sələmçilik fəaliyyəti qanunlaşa bilərmi? – Ekspert

Sadə vətəndaş və iş adamları daha asan başa gəldiyi üçün bəzən sələmçilərə üz tutmağa məcbur olur.

Bunu ekspert Natiq Cəfərli Axar.az-a açıqlamasında sələmdən istifadə edənlərin sayının artmasına səbəb olan amillərdən danışarkən deyib. Onun sözlərinə görə, sələmdən istifadənin artmasının digər səbəbi lombardaların fəaliyəti ilə əlaqəlidir:

“Lombard vasitəsilə alınan kreditlərdə qoyulan girov müqabilində yüksək faizlə çox aşağı pul təklif olunur. Beləliklə, alternativ seçimi olmayan insanlar ən asan yol kimi sələmdən istifadə etməyə məcbur qalır”.

Ekspert sələmçilik fəaliyyəti ilə bağlı təklif də irəli sürüb:

“Adətən, sələmçi ilə sələm götürən arasında borc müqaviləsi bağlanır. Sonradan ödəmə gecikəndə və yaxud digər hallarda isə narazılıq başlayır və hətta bunun fəsadları da olur. Dövlət isə iki insan arasında bağlanmış borc müqaviləsinə müdaxilə edə bilməz. Yəni natarius bunun sələm olub-olmadığını bilmir. Sələmçilərin fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı qərar verilsə, bu, həm onların vergidən yayınmasının qarşısını alar, həmçinin hər hansı mübahisənin sivil müstəvidə çözülməsi və dövlətin müdaxiləsi üçün əsas olar. Bu, həm də sələmçilərin faiz sui-istifadəsinin qarşısını alar”.

Qeyd edək ki, araşdırmalara görə, 30-57 yaşlarında olan insanlar sələmdən daha çox istifadə edir.

Həmçinin oxuyun

145 milyon manatlıq yeyintidə Vasif Talıbovun oğlunun adı hallanır

Hər biri 140 milyon civarında mənimsəmədə ittiham olunan iki məmurun – Naxçıvan Muxtar Respublikasının keçmiş …

Bir cavab yazın