Çərşənbə , Dekabr 12 2018
Ana səhifə / Kriminal / Rusiyada Azərbaycandan olan cinayətkar qruplaşmalar arasında atışma olub

Rusiyada Azərbaycandan olan cinayətkar qruplaşmalar arasında atışma olub

Rusiyanın Yamal-Nen muxtar vilayətinin Nadım rayonunda Azərbaycandan olan mütəşəkkil cinayətkar qruplaşmalarının nümayəndələri arasında atışma baş verib.
Belə ki, dekabrın 1-də baş vermiş atışma nəticəsində 1 nəfər ölüb, 2 nəfər ağır yaralıdır və reanimasiyadadır.
Ölən şəxsin mütəşəkkil qruplaşmalardan birinin lideri olduğu bildirilir. “Razborka”nın səbəbi biznesin bölüşdürülməsi üstündə yaranan münaqişədir.
Nadım rayonu üzrə daxili işlər idarəsindən bildiriblər ki, şəxsi heyət həyacan siqnalı ilə qaldırılıb. Atışmanın iştirakçılarının yaxalanması üçün genişmiqyaslı axtarış tədbirləri həyata keçirilir, habelə şahidlər dindirilir, atışma iştirakçılarının kimliklərinin müəyyən olunması üçün istintaq aparılır.
(Virtualaz.org)
VIPedu.BIZ

Həmçinin oxuyun

Bakıda şirkət xaricdə işləmək istəyən qardaşlardan pul aldı – Biri Polşada küçələrdə qaldı (VİDEO)

İşədüzəltmə şirkətinin xətti ilə xaricə gedən Azərbaycan vətəndaşı Polşada köməksiz vəziyyətdə qalıb. Unikal.org–a müraciət edən …