Ana səhifə / Kriminal / “Quba Palace Hotel”də kanatın qırılmasına görə cinayət işi açılacaq – DEPUTAT

“Quba Palace Hotel”də kanatın qırılmasına görə cinayət işi açılacaq – DEPUTAT

Bu gün Quba rayonundakı “Quba Palace Hotel”ə məxsus kanatda baş verən hadisə texniki nasazlıqdan baş verib.
Bunu Qubadan olan deputat Vahid Əhmədov bildirib.
V.Əhmədov rayondan aldığı məlumata əsasən, bir nəfərin öldüyünü, iki nəfərin xəsarət aldığını deyib:
“Xəstəxanaya yerləşdirilənlərdən biri artıq evə buraxılıb. Aldığım məlumata görə hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır”.
Deputat ölüm faktına görə cinayət işinin açılacağını istisna etməyib.
Quba Rayon Prokurorluğundan Modern.az-a araşdırmalar getdiyi üçün əlavə məlumat verilməyəcəyi bildirilib.
Qeyd edək ki, “Quba Palace Hotel”in kanatının qırılması nəticəsində Qubanın Amsar kənd sakini 1992-ci il təvəllüdlü İsayev Rüzgar Mürvət oğlu dünyasını dəyişib. Həlak olan və yaralanan şəxslərin Rusiyaya məxsus “SCADA” şirkətinin əməkdaşları olduğu bildirilir.(modern.az)

Həmçinin oxuyun

1,2 milyonluq dələduzluqda ittiham olunan iş adamı azadlığa buraxıldı – 7 il cəza almışdı

Dələduzluqda təqsirləndirilən “MİR” avtosalonunun sahibi Məhərrəm Əhədov azadlığa buraxılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1974-cü il …